Mobil versiya
Qlobal maliyyə qurumları Əli Kərimliyə cavab verir
Tarix: 07-11-2019 | Saat: 13:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

Qlobal maliyyə qurumları Əli Kərimliyə cavab verir


Kütləvi İnformasiya Vasitələri Dünya İqtisadi Forumunun (DİF-Davos İqtisadi Forumu kimi də tanınır) "Qlobal Rəqabət Qabiliyyəti İndeksi"nin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində qazandığı uğurları açıq şəkildə nümayiş etdirir. Bunu müxalifət liderləri və ekspertlərinin, xüsusən ekstremist müxalifətin lideri Əli Kərimlinin ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsiz qalması barədə əsassız açıqlamalarına layiqli cavab adlandırmaq olar. Zənnimizcə, belə bir mötəbər beynəlxalq təşkilatı qərəzçilikdə günahlandırmağa, hətta, onların da dili dönməz. Bəs Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi DİF-in gözü ilə necə görünür?

Ümumilikdə, "Qlobal Rəqabətlilik İndeksi"ndə Azərbaycan 2.7 bal (62.7 bal) əlavə edərək 2019-cu ildə 11 pillə irəliləyib və 141 ölkə arasında 58-ci yeri tutub. "Hökümətin dəyişikliklərə çevik reaksiyası" göstəricisi baxımından isə, bədxahların bəzi iddialarının ziddinə olaraq, MDB ölkələrini geridə qoyaraq beşinci yeri tutmuşuq. Azərbaycan, həmçinin "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019"da 14 pillə irəliləyərək 125 ölkə arasında 43-cü yerdə qərarlaşıb və MDB-də birinci yeri tutub.





Ölkənin real iqtisadiyyatın müəyyən sahələrində qazandığı uğurlar da pis deyil. İnanmaq belə çətindir, amma biz "Hava Nəqliyyatı Xidmətlərinin Səmərəliliyi" baxımından bir çox inkişaf etmiş ölkələri qabaqlayaraq 12-ci yeri (141-dən) tutduq. Bəli, Belçika (19-cu yer), Avstraliya (23-cü), Fransa (24-cü), Almaniya (28-ci yer), Kanada (37-ci) və digər ölkələri qabaqlayırıq. İrəlidə yalnız Sinqapur, Hollandiya, Finlandiya, İsveçrə və bir sıra digər inkişaf etmiş ölkələr var. Ancaq əvəzində öz qonşularımızı xeyli geridə qoyduq - Türkiyə (31-ci yer), Rusiya (52), Gürcüstan (86) və İran (132).

Lakin Azərbaycan təkcə aviasiya sahəsində nəqliyyat lideri deyil. Ölkə ümumi reytinqdə 25-ci yeri tutaraq MDB ölkələri arasında "Dəniz limanı xidmətlərinin səmərəliliyi" göstəricisinə görə də lider olub. Onu Rusiya (47-ci yer), Qazaxıstan (99), Moldova (127), Qırğızıstan (138) və Tacikistan (139) izləyir. Xatırladaq ki, reytinqdə Belarusa və Özbəkistana aid məlumatlar nəzərə alınmır. Yol infrastrukturunun keyfiyyəti baxımından isə biz hətta Türkiyəni (31), Böyük Britaniyanı (36), Litvanı (39), İtaliyanı (53) və bir sıra digər Avropa ölkələrini qabaqlayaraq 27-ci yeri tuturuq. Yol infrastrukturu Sinqapurda (1-ci yer), Hollandiyada (2), Avstriyada (6), İspaniyada (11) və Almaniyada (22) bizdəkindən yaxşıdır.



Azərbaycanın iqtisadiyyatın digər sahələrində qazandığı uğurları da sadalamaq olar, amma güman edirik ki, yuxarıda göstərilənlər kifayətdir. Hərçənd bir vacib məqama diqqət yetirməyə dəyər. Bu gün iqtisadiyyat köhnə metodlarla inkişaf edə bilməz, buna görə də əsasən innovativ şirkətlərə vurğu edilir. Ölkədə belə şirkətlər nə qədər çox olarsa, iqtisadi inkişaf üçün proqnozlar da bir o qədər yüksək olar. Və innovativ şirkətlərin böyüməsi baxımından, Azərbaycan “Qlobal Rəqabətlilik İndeksi” reytinqində dünyada 21-ci yerdə qərarlaşıb. İsrailə (1 yer), ABŞ-a (2), Hollandiyaya (4), Danimarkaya (9), Hong Konga (16), əlbəttə ki, çata bilmədik. Lakin əvəzində Kanada (25-ci yer), Avstraliya (28), Yaponiya (30) və Fransa (31) kimi nəhəngləri qabaqladıq.

Bəli, innovativ şirkətlərin böyüməsi, şübhəsiz ki, bütövlükdə ölkə iqtisadiyyatının böyüməsinə gətirib çıxaracaq. Və əgər biz bu gün dünyanın aparıcı ölkələri ilə bir çox cəhətdən rəqabət aparırıqsa, təbii ki, belə bir templə Azərbaycan yaxın gələcəkdə iqtisadiyyatı ən inkişaf etmiş ölkələrdən olacaq. Yüksək rəqabətin nə demək olduğunu isə, zənnimizcə, izah etməyə ehtiyac yoxdur.

Məmməd Əfəndiyev

Virtualaz.org



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024