Səfir: "Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və dəstəkləməkdə davam edəcək"
Tarix: 05-02-2016 | Saat: 19:27
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər
Kəşmir problemi yalnız Cənubi Asiya regionu üçün deyil, həm də bütün dünya üçün təhlükəsizlik problemidir
"Biz Kəşmirdə öz hüquqları uğrunda mübarizə aparanlara dəstək olmaq üçün hər il fevralın 5-ni həmrəylik günü kimi qeyd edirik".
"Report" xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser Kəşmirlə həmrəylik günü münasibətilə deyib.
X.U.Qayser bildirib ki, Hindistanın təcavüzü nəticəsində Kəşmirdə 94 223 nəfər öldürülüb, 106 040 ev dağıdılıb və bu rəqəmlər hələ təxminidir: "Pakistan inanır ki, güc tətbiq etmək, demoqrafik vəziyyəti dəyişmək və Kəşmiri Hindistana inteqrasiya etmək cəhdləri Kəşmir əhalisinin haqlı mübarizəsini dayandıra bilməyəcək".
Onun sözlərinə görə, Kəşmir problemi yalnız Cənubi Asiya regionu üçün deyil, həm də bütün dünya üçün təhlükəsizlik problemidir.
Səfir, həmçinin Kəşmir və Dağlıq Qarabağ münaqişəsi arasında oxşarlıqları qeyd edib: "BMT-nin yerinə yetirilməyən qətnamələri var, beynəlxalq hüquq normaları pozulub, yerli sakinlər məcburi şəkildə köçürülüb, habelə onların hüquqları pozulub və s. Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Pakistan da öz növbəsində Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və bu dəstək davam edəcək".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024