Mobil versiya
Vasif Talıbovdan fərman - Nazirliyin səlahiyyəti artırıldı
Tarix: 05-02-2016 | Saat: 14:22
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

Vasif Talıbovdan fərman - Nazirliyin səlahiyyəti artırıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman verib

Dəyişiklik Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yoxlamaların məlumat reyestrində qeydiyyata alınmadan dövlət qurumlarının sahibkarlıq subyektlərində yoxlamalar aparmasının qarşısını almaq məqsədi daşıyır.

Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinə yoxlamaların məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması, habelə yoxlamaların məlumat reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması ilə bağlı inzibati xətanın əlamətlərini müəyyən etdikdə inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq üçün İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görmək səlahiyyəti verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024