Gecəniz işıqlı olsun
Tarix: 28-10-2019 | Saat: 14:23
Bölmə:Manşet / Ölkə | çapa göndər
Təyyar Abdullayevin rəhbərlik etdiyi “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin səmərəli fəaliyyəti işıqlandırma sistemlərinin fasiləsiz istismarını təmin edir
Əslində paytaxt küçələrinin işıqlandırılması məsələsi bir problem kimi heç də son bir neçə ildə yaranmayıb. Əksinə, məhz son bir neçə ildə bu problemin həlli istiqamətində əhəmiyyətli addımlar atıldığını demək olar. Amma problem hələ də mövcuddur və hələ də özünün tam həllini gözləyir. Bu məsələ ilə bağlı bir maraqlı məqam da problemin mətbuatda müzakirəsi ilə bağlıdır.
Məlum olduğu kimi, bir müddət bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ölkə başçısı küçələrin işıqlandırılması məsələsinə dair öz iradlarını bildirmişdi. Məhz dövlət başçısının bu çıxışından sonra mətbuatda da uzun müddətdən bəri kölgədə qalan problem yenidən gündəmə gətirildi. Lakin çox maraqlıdır ki, mövzuya dair dərc olunan materialların əksəriyyətində səsləndirilən iradlar nədənsə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə (EŞM) ünvanlandı. Əlbəttə, bu qurumun Əsasnaməsində məhəllədaxili yolların və həyətlərin, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılması nəzərdə tutulub. Lakin diqqətə almaq lazımdır ki, EŞM küçələrin işıqlandırılmasında istifadə olunan dirəklərin yalnız istismarına, yəni həmin dirəklərin üzərindəki fənərlərin işləməsinə görə məsuliyyət daşıyır. Yeri gəlmişkən, “Bakı Şəhər İşığı”nın direktoru Təyyar Abdullayev də öz növbəsində mətbuata verdiyi açıqlamasında işıq dirəklərinin quraşdırılması təmsil etdiyi qurumun səlahiyyətində olmadığını vurğulamışdı: “Biz işıq dirəklərinin istismarı ilə məşğuluq. İşıq dirəklərinin quraşdırılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətindədir. Nizamnaməyə görə, bizim işıq dirəyi quraşdırmaq səlahiyyətimiz yoxdur. Biz yalnız təhvil aldığımız işıq dirəklərinin işıqlandırıması ilə məşğuluq. İşıq dirəyi yoxdursa, biz necə işıqlandıraq? Eldar Əzizovun göstərişilə Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Komissiya yaradılıb. İşıq sistemi olan bütün küçələr işıqlandırılır. Prezident də öz çıxışında bildirdi ki, bəzi yerlərdə işıq dirəkləri yoxdur. Əgər dirəyi olduğu halda, işıqları yandırmasaq biz günahkar olardıq. Belə çıxır ki, dövlət bizə pul ayırır, amma yandırmırıq? Bu, heç vaxt ola bilməz. Bizə göstəriş olmadan dirəkləri balansımıza qəbul etmirik. Küçədəki işıq dirəklərində lampa xarab olubsa, biz ona cavabdehik, dirəyin qurşadırılması işi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məşğuldur”.
Aydındır ki, heç bir qurumdan onun səlahiyyətinə aid olmayan işə görə cavabdehlik tələb etmək olmaz. Eyni zamanda da, ümumiyyətlə “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin fəaliyyətindən danışarkən, son vaxtlar bu sahədə real irəliləyişlərin olduğunu da qeyd etmək lazımdır. Həqiqətən də şəhərin işıqlandırma vasitələrinin quraşdırıldığı bütün ərazilərində həmin vasitələrin qüsursuz işləmələrinə bu gün hamımız şahidik. Gecə saatlarında paytaxat Bakının məhz işıqlandırma vasitələrilə əsrarəngiz çalarlar alan görkəmi isə tamamilə ayrı bir söhbətin mövzusudur. Bütün bu gözəlliklər də məhz Təyyar Abdullayevin rəhbərlik etdiyi “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin səmərəli fəaliyyətilə təmin olunur.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər