“Təkliflər var, hələ işlər görməmişik” - Bankların vəziyyəti ilə bağlı açıqlama
Tarix: 25-10-2019 | Saat: 14:23
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər
"Prezident İlham Əliyevin çıxışlarını hərtərəfli və dərindən təhlil etsək, görərik ki, ölkə başçısının son dövlər diqqət yetirdiyi əsas məsələ kölgə iqtisadiyyatının şəffaflaşmasıdır".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, qeyri-şəffaf biznes sahiblərinin banklardan kredit götürməsi halı azalıb:
"20-30 min manat rəsmi gəliri olan şəxs istehlak kreditləri götürə bilər. Burada diskriminasiya mümkün deyil. İstehlak kreditlərinin bir hissəsi təminatsız kreditlərdir və girov təminatı yoxdur".
E. Rüstəmov bildirib ki, biznes nümayəndələrinin banka kreditlə bağlı təqdim etmək üçün heç bir sənədləri, normal balansları, aktivləri yoxdur: "Bu, biznesin bank, maliyyə sektoruna inteqrasiyasını çətinləşdirən amillərdən biridir. Prezidentin qarşımıza qoyduğu əsas məsələ iqtisadi mühitin formalaşması, sağlamlaşması istiqamətindədir. O cümlədən, biznes və bank arasında Mərkəzi Bank tərəfindən aktiv dialoqların qurulması mühüm məsələdir. Burada biznes, bankların maraq və konteksləri müzakirə edilməlidir. Dövlətin maraqları burada aydındır. İslahatlar vasitəsilə bankların biznes modelini dəyişməliyik. Bu istiqamətdə görülməli işlər var".
Bundan əlavə, AMB sədri qeyd edib ki, uzun illər banklar tərəfindən qaldırılan məsələ girovların reallaşdırılması prosesinin sadələşdirilməsi, vaxtın azaldılmasıdır: "Təkliflər var, təəssüf ki, biz hələ bu üzrə işlər görməmişik. Girovların realizasiyası uzun müddət çəkir. Banklar kreditləri əmanətlərin hesabına verir. Bank maraqlıdır ki, tez bir zamanda girovları götürsün və verdiyi vəsaitin bir hissəsini bərpa etsin".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər