Maliyyə Nazirliyi yeni qaydaları təsdiq edib
Tarix: 04-02-2016 | Saat: 12:21
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Nazirlik məlumat yaydı.
Təşkilatların kassalarındakı milli və xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti uçota alınacaq.
Maliyyə Nazirliyinin Kollegiyası “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”nı təsdiq edib.
Belə ki, bu ildən qüvvəyə minən bu Qayda kredit təşkilatları istisna olmaqla, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edən mühasibat uçotu subyektlərinə şamil edilir və təşkilatlar tərəfindən mühasibat uçotunun sintetik uçotunun memorial order forması əsasında aparılmasını müəyyən edir.
Mühasibat uçotunu sadələşdirilmiş uçot qaydalarına uyğun aparan mühasibat uçotu subyektləri də bu Qaydadan istifadə etmək hüququna malikdir. Sintetik uçotun memorial order formasını (əllə və ya avtomatlaşdırılmış rejimdə) tətbiq etməyən təşkilatlar mühasibat uçotunun sintetik uçotunu digər formalar (jurnal-order forması və ya digər avtomatlaşdırılmış) əsasında həyata keçirmək hüququna malikdirlər.
İcra hakimiyyəti orqanları sintetik uçotun aparılması ilə əlaqədar digər formaların tətbiqini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir. Memorial order forması baş vermiş maliyyə-təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə uyğun olaraq xronoloji ardıcıllıqla müxabirləşmələrin verilməsi ilə tərtib edilən sintetik uçotun aparılması formasıdır.
Sintetik uçot müəyyən iqtisadi əlamətlərinə görə əmlak, öhdəlik və təsərrüfat əməliyyatları üzrə ümumiləşdirilmiş məlumatların məbləğ ölçüsündə sintetik hesablarda aparılan uçotudur. Memorial orderlərdə mühasibat yazılışları (müxabirləşmələr) baş vermiş maliyyə təsərrüfat əməliyyatının xarakterindən asılı olaraq, bir hesabın (subhesabın) debeti və digər hesabın (subhesabın) krediti üzrə yazılır.
Təşkilatlarda kassa əməliyyatları üzrə sintetik uçotun əsas məqsədi kassada olan pul vəsaitlərinin hərəkətinin və düzgün istifadəsinin təmin edilməsindən, qalıq məbləğ barədə dəqiq məlumatın əldə edilməsindən və onların qorunmasından ibarətdir.
Kassir (xəzinədar) tərəfindən kassa kitabında pul vəsaitləri üzrə yazılışlar hər bir kassa mədaxil orderi, kassa məxaric orderi və ya onu əvəz edən sənədlər üzrə əməliyyat baş verdikdən dərhal sonra həyata keçirilir. Kassada milli və xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti uçota alınır.
“Kassa” sintetik hesabı üzrə valyutada olan pul vəsaitlərinin uçotu, əməliyyat tarixinə Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnəyə uyğun olaraq manatla aparılır. İş gününün sonunda kassir (xəzinədar) gün ərzində əməliyyatların yekununu hesablayaraq, növbəti iş gününün əvvəlinə kassada olan pul vəsaitlərinin qalığını çıxarır, mədaxil və məxaric sənədləri ilə birlikdə kassa hesabatının surətini (gün ərzində kassa kitabında yazılışların surətini) kassa kitabına imza etdirməklə mühasibatlıqda məsul şəxsə təqdim edir.
Təşkilatlarda bank əməliyyatları üzrə sintetik uçotun əsas məqsədi bankda olan pul vəsaitlərinin hərəkətinin, düzgün istifadəsinin təmin edilməsindən və onların qalıq məbləği barədə dəqiq məlumatın əldə olunmasından ibarətdir.
“Bank hesablaşma hesabları” sintetik hesabında milli və xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti uçota alınır. “Bank hesablaşma hesabları” sintetik hesabı üzrə valyutada olan pul vəsaitlərinin uçotu əməliyyat tarixinə Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnəyə uyğun olaraq manatla aparılır. Təşkilatlarda əmək haqqı, pul təminatı və ona bərabər tutulan ödənişlər üzrə sintetik uçotun əsas məqsədi əmək haqqı, pul təminatı və ona bərabər tutulan ödənişlər üzrə hesablanılmış, ödənilmiş, deponentləşdirilmiş və qalıq məbləğin müəyyən edilməsindən ibarətdir. Təhtəlhesab şəxslərə avans olaraq pul vəsaitləri təşkilatın kassasından nağd şəkildə və ya bankda olan hesablarından onların əmək haqqı kartlarına köçürmə yolu ilə ödənilir.
Malsatanlar tərəfindən verilmiş sənədlərin göstəriciləri ilə faktiki qəbul edilən ehtiyatlar üzrə uyğunsuzluq olduğu hallarda (səhv olduqda, mal çatışmadıqda və sairə) malsatanın, alıcının və marağı olmayan təşkilat nümayəndələrinin iştirakı ilə üç nüsxədən ibarət olmaqla akt tərtib edilir və istifadəçilərə təqdim edilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024