Mobil versiya
Peşəkarlıq və yüksək məsuliyyət
Tarix: 24-10-2019 | Saat: 10:22
Bölmə:Manşet / Ölkə | çapa göndər

Peşəkarlıq və yüksək məsuliyyət




Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Lifttəmir” İstehsalat Birliyinin “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi Üzeyir Aslanovun işində məhz bu iki keyfiyyət ilk növbədə diqqəti cəlb edir

Bu gün Azərbaycanda insanların maddi rifah hallarının yüksəldilməsi, sosial-məişət problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həqiqətən də irimiqyaslı layihələr, əhəmiyyətli tədbirlər həyata keçirilir. Əlbəttə ki, bu tədbirlərin reallaşmasında bir çox qurum və müəssisə kollektivlərinin də böyük əməyi vardır. O cümlədən, hazırda paytaxt Bakıda davamlı şəkildə və uğurla həyata keçirilən sosialyönümlü layihələrdən biri də paytaxtın lift təsərrüfatının yenidən qurulması ilə bağlıdır.

Bu sahədə dövlət sifarişlərini həyata keçirən qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Lifttəmir” İstehsalat Birliyidir. Məlumat üçün bildirək ki, “Lifttəmir” İB hələ keçən əsrin 60-cı illərində yaradılıb. Müxtəlif vaxtlarda müəssisə “Baklift”, “Lifttəmir”, “Azərlift” adlarını daşıyıb. Hal-hazırda “Lifttəmir” İstehsalat Birliyi adı altında fəaliyyət göstərən müəssisə də həmin adları dəyişdirilmiş idarənin əsas özəyini təşkil edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, “Lifttəmir” İB özəlliklə Bakı Şəhər İcra Hakimiyyətinin dövlət mənzil fonduna aid olan Mənzil Kommunal təşkilatlarının binalarına xidmət göstərir. Bəzən, səhv olaraq güman edilir ki, bu müəssisə Bakı şəhərində mövcud olan bütün lift təsərrüfatlarına görə məsuliyyət daşıyır. Lakin bu mülahizə qətiyyən həqiqətə uyğun deyil. Dediyimiz kimi, “Lifttəmir” İB Bakı şəhərinin 11 rayonunda yerləşən və Dövlət Mənzil Fondundakı Mənzil Kommunal Birliklərinin balansında olan binalarda quraşdırılmış beş mindən artıq lift qurğusuna xidmət göstərir. Bu xidmətlər isə, İB-nin tərkibinə daxil olan 6 idarə – “Bakılift-1”, “Bakılift-2”, “Bakılift-3”, “Bakmənzilavtomat”, “Funikulyor” və TEMP dövlət müəssisələri tərəfindən göstərilir.




Qeyd etmək lazımdır ki, 50 ildən artıq bu sahədə fəaliyyət göstərən “Lifttəmir” İB-də bu müddət ərzində yüksək ixtisaslı peşəkar kadrlardan ibarət kollektivlər formalaşmışlar. Bu kadrların arasında isə, əmək fəaliyyətinə fəhləlikdən başlayaraq, bu gün artıq İB-nin tərkibində olan idarə və müəssisələrə rəhbərlik edən insanlar da vardır.

Belə peşəkarlardan biri də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin (İİİ) rəisi Üzeyir Aslanovdur. Məhz lift təsərrüfatlarının birində ilk dəfə fəhlə kimi çalışmağa başlaması sayəsində Üzeyir müəllim bu gün rəhbərlik etdiyi sahənin bütün incəliklərini sadəcə kitablardan deyil, real iş təcrübəsindən bilir. Bu təcrübə və bilgilər isə ona indi rəhbərlik etdiyi idarənin işini yüksək səviyyədə, peşəkarcasına qurmaq imkanı verir. Hazırda “Baklift -2”İİİ paytaxtın dörd rayonu – Suraxanı, Sabunçu, Xəzər və Pirallahı rayonları ərazisində yerləşən binalarda quraşdırılmış 1160 liftdə texniki xidmət işlərini yerinə yetirir. Bu xidmətlərə dayanmış liftlərin təmiri, sıradan çıxmış ehtiyyat hissələrinin bərpası və yaniləri ilə əvəz olunması, liftlərin davamlı olaraq istismara yararlı vəziyyətdə saxlanması kimi funksiyalar aiddir. Etiraf olunmalıdır ki, bütün bu işlər “Baklift -2”İİİ-nin kollektivi tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bu isə, dediyimiz kimi, ilk növbədə idarənin rəisi Üzeyir Aslanovun peşəkarlığı, işinə yüksək məsuliyyətlə yanaşması, özünə və tabeliyində çalışan əməkdaşlara qarşı eyni tələbkarlıq nümayiş etdirməsilə təmin olunur. Üzeyir müəllim həm də çalışdıqları sahənin insanların rahatlığı ilə yanaşı, onların bilavasitə sağlamlıqları ilə də bağlı olduğunu hər zaman diqqət mərkəzinə çəkir. Hamımız bilirik ki, lift qəzaları statistik baxımdan tez-tez baş verməsə də, nəticə etibarı ilə onların sonluğu ağır fəsadlara, hətta faciəyə səbəb ola bilər. Məhz bu baxımdan da Üzeyir müəllim tabeliyində çalışan əməkdaşlara verdiyi təlimat və tövsiyyələrində hər zaman xüsusi olaraq vurğulayır ki, siz sadəcə metaldan hazırlanmış maşın və mexanizmlərə görə məsuliyyət daşımırsız, siz insanlarımızın, doğmalarımızın həyat və sağlamlıqlarına görə məsuliyyət daşıyırsınız. Təbii ki, idarə rəisinin məsələyə belə yanaşma tərzi bütün kollektivin də işinə son dərəcə müsbət təsirini göstərir.





Bir məqamı da qeyd edək ki, 2018-ci ilin oktyabr ayından etibarən 5 günlük iş saatından əlavə olaraq, idarənin nəzdində 24 saat fəaliyyətdə olan “Lift qəza xidməti” yaradılmışdır. Xidmətin funksiyalarına vətəndaşlar tərəfindən daxil olan zənglərin araşdırılması, gecə liftdə qalan sakinlərin dərhal təxliyyə edilməsi, qəzaların aradan qaldırılması yönümündə operativ tədbirlərin görülməsi aiddir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024