Ziya Məmmədov BMT Baş Katibinin müavini ilə görüşüb – FOTO
Tarix: 04-02-2016 | Saat: 11:12
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Nəqliyyat Nazirliyi məlumat yaydı.
Nəqliyyat Nazirliyində BMT Baş Katibinin müavini və BMT-nin Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İcraçı katibi Şamşad Axtarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nümayəndə heyətini qəbul edən nəqliyyat naziri Ziya Məmmədov ölkəmizin nəqliyyat-yol kompleksi sahəsində həyata keçirilən regional layihələr, görülən işlər barədə ətraflı məlumat verib.
Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu vurğulayan Z.Məmmədov bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb.
Azərbaycan və UNESCAP arasında nəqliyyat sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək, Azərbaycan üzərindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb və bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini bildirib.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının regional inkişafa mühüm töhvə olacağını bildirən nazir bu istiqamətdə işlərin yekunlaşmaq üzrə olduğunu qeyd edib.
Eyni zamanda Azərbaycanda tikilməkdə olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında ətraflı məlumat verən nazir limanın Azərbaycanın öz tranzit imkanlarından tam şəkildə istifadə etməsi üçün böyük imkanlar yaradacığını vurğulayıb.
Öz növbəsində xanım Şamşad Axtar UNESCAP-ın regionda nəqliyyat bağlantılarının inkişafına böyük önəm verdiyini bildirib və bu sahədə Azərbaycan ilə əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Nəqliyyatın regional müstəvidə mühüm rol oynaya biləcəyini qeyd edən icraçı katib, UNESCAP-ın nəqliyyat sahəsində fəaliyyət göstərən bir sıra işçi qruplarında Azərbaycanın fəal iştirak etdiyini qeyd edib və ölkəmizi bu istiqamətdə cari il üçün nəzərdə tutulmuş yüksək səviyyəli tədbirlərində iştiraka dəvət edib.
Görüş zamanı, həmçinin, Azərbaycan və BMT arasında UNESCAP çərçivəsində nəqliyyat sahəsində həyata keçirilə biləcək perspektiv regional əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə BMT-nin Şimali və Mərkəzi Asiya Subregional Ofisinin rəhbəri Tiziana Bonapase və onun müavini Nikolay Pomoşnikov iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024