Mobil versiya
Hacı Əliyev birincidir
Tarix: 04-02-2016 | Saat: 10:56
Bölmə:İdman / Aia TV / Karusel | çapa göndər


Məhəmmədov reytinqdə mövqeyini qoruyub.

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Aia.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.

Ən yaxşı göstərici ötən ilki Dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir.

O öz çəkisində birincidir. Dünya çempionatının gümüş medalını qazanan Cəmaləddin Məhəmmədov reytinqdə də ikinci sırada mövqeyini qoruyub. Komandanın kapitanı Xetaq Qazyumov isə öz çəkisinin üçüncü pillədə qərarlaşıb.

Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun da mövqelərində dəyişiklik baş verməyib. Güləşçilərimiz müvafiq olaraq 4-cü və 6-cı yerdə qərarlaşıb.

61 kq
1. Hacı Əliyev - Qızıl Qran Pri 1-ci yer (1)

65 kq
4. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (4)
19. Coşqun Əzimov - Əli Əliyev turniri 1-ci yer (18)

70 kq
12. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (10)

74 kq
13. Cəbrayıl Həsənov - Qızıl Qran Pri 1-ci yer (13)

86 kq
7. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (5)
14. Aleksandr Qostiyev - Qızıl Qran Pri 1-ci yer (13)
18. Nurməhəmməd Hacıyev - Qızıl Qran Pri 2-ci yer (16)

97 kq
3. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (3)
6. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (6)

125 kq
2. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (2)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024