Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!”
Tarix: 18-10-2019 | Saat: 11:48
Bölmə:Siyasət | çapa göndər
Qərbi Azərbaycan İcması bəyanatla çıxış edib. İcma sədri Əziz Ələkbərlinin Modern.az-a göndərdiyi bəyanatda bildirilir:
“Bu gün Azərbaycan öz yeni tarixinin həlledici dövrünü yaşayır. Artıq xeyli vaxtdır ki, ölkə başçısı sosial-iqtisadi sahədə, dövlət idarəçiliyi sistemində köklü islahatlara start vermişdir. Bütün bunlar üçün ortaya güclü siyasi iradə qoyulmuş və islahatlara alternativ olmadığı elan edilmişdir. Təəssüf ki, hakimiyyət strukturlarında özlərinə isti yer eləmiş bəzi qüvvələr şəxsi maraqlarını dövlət maraqlarından üstün tutaraq bu islahatlara əngəl törətməyə çalışırlar və acınacaqlıdır ki, bu çirkin niyyətlərini həyata keçirmək üçün vəzifə səlahiyyətlərini aşmaqdan da çəkinmir və Prezidentin illərdən bəri hər cür maddi, mənəvi və sosial dəstək verdiyi mediadan bir alət kimi istifadə etməkdən utanmırlar. Lakin belə qüvvələr bilməlidir ki, bu gün Azərbaycan xalqı birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəkləyir və bu islahatları uğurla və daha sürətlə sona çatdırmaq üçün bütün Azərbaycan xalqı Dövlətinin, Hakimiyyətinin və Prezidentinin yanındadır.
Dövlət başçısının ölkə daxilində islahatların aparılması sahəsində nümayiş etdirdiyi bu siyasi iradə dövlətin xarici siyasətində və illərdən bəri uzanan Qarabağ münaqişəsinin həlli məsələsində də özünü göstərməkdədir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” Klubunun sessiyası çərçivəsində çıxışı zamanı “Qarabağ Azərbaycandır və nida işarəsi!” deməsi, əslində, illərdən bəri Azərbaycanın haqq səsinə qulağı kar olan dünyaya sərt mesaj idi.
Həmin tədbirdə ən diqqətçəkən cəhətlərdən biri də o oldu ki, Prezident elan etdi ki, Qarabağ münaqişəsi nəticəsində Qarabağdan 700 min, Ermənistan ərazisindən isə 250 min azərbaycanlı öz dəbə-baba torpaqlarından qovulmuşdur. Çoxdan idi ki, ermənilərin 30 il əvvəl Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdiyi cinayətlər barədə belə yüksək kürsüdən danışılmırdı. Əslində, illər idi Prezident deyirdi ki, İrəvan, Göyçə, Zəngəzur, bütövlükdə indiki Ermənistan tarixi Azərbaycan ərazisidir və biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir. Bu məsələnin Valdayda bir daha gündəmə gətirilməsi son vaxtlar Qarabağla bağlı sərsəm və məsuliyyətsiz bəyanatlar verən Ermənistan rəhbəri Paşinyana vurulan tərs şapalaq oldu. Körpəlikdə yaramaz uşaqları özündən böyüklər həmişə belə cəzalandırardılar.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələyə bir daha qayıdaraq, Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin böyük Türk Dünyasını coğrafi baxımdan parçalamağa səbəb olduğu fikrini dilə gətirməsi düşmənə və onun havadarlarına məsələnin ciddiyyətini bir daha xatırlatdı.
Belə hesab edirik ki, Qərbi Azərbaycan – indiki Ermənistan qaçqınları və Zəngəzur barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, əslində, ipə-sapa yatmayan işğalçı düşmənə qarşı mübarizəni yeni müstəviyə keçirmək zərurətinə bir çağırışdır. Bu müstəvi Azərbaycan Qaçqınlar Cəmiyyətinin 1988-1991-ci illərdə Ermənistandan qovulan 250 min azərbaycanlı qaçqının və Qərbi Azərbaycan İcmasının son iki yüz ildə Ermənistandan soyqırım və deportasiyalarla didərgin salınan yüz minlərlə soydaşımızın, onların övladlarının öz ata-baba yurdları uğrunda mübarizə aparmaq hüququdur. Biz Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq Prezident İlham Əliyevin bu çağırışına qoşulduğumuzu bəyan edir və bütün xalqımızı bu Müqəddəs mübarizədə bizə dəstək olmağa çağırırıq. Bu gündən mübarizəmiz tək Qarabağı geri qaytarmaq üçün yox, həm də İrəvana, Göyçəyə, Zəngəzura və bütün Qərbi Azərbaycana qayıtmaq üçündür”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər