Mobil versiya
Şəkidə 16 yaşlı hamilə qızın ailəli olduğu müəyyən edilib
Tarix: 18-10-2019 | Saat: 10:55
Bölmə:Ölkə | çapa göndər

Şəkidə 16 yaşlı hamilə qızın ailəli olduğu müəyyən edilib


Şəki şəhərində yetkinlik yaşına çatmayan qızın ailəli olduğu müəyyənləşib.

Trend-in məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə gətirilən 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızının Şəki rayonunun Suçma kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Bilal Möhəbbət oğlu ilə ailəli olduğu, lakin qız yetkinlik yaşına çatmadığı üçün nikahsız yaşadığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024