Mobil versiya
Cəlilabad – səhiyyə sisteminin təkmilləşdirilməsi günün tələblərinə uyğun həyata keçirilir
Tarix: 17-10-2019 | Saat: 12:50
Bölmə:Manşet / Ölkə | çapa göndər

Cəlilabad – səhiyyə sisteminin təkmilləşdirilməsi günün tələblərinə uyğun həyata keçirilir




Baş həkim İlham Əliyevin rəhbərliyi altında Rayon Mərkəzi Xəstəxanasında öz peşəsini mükəmməl bilən təcrübəli həkimlər çalışırlar

Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş əsas prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Sevindirici haldır ki, bu proses təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də sürətlə gedir. O cümlədən, səhiyyə sahəsində müşahidə olunan dinamik inkişafla diqqəti cəlb edən bölgələrumuzdən biri də Cəlilabad rayonudur.Hazırda rayonda Mərkəzi xəstəxana, Müalicə-Diaqnostika Mərkəzi, 5 şəhər və 3 kənd sahə xəstəxanası, 28 həkim-tibb və 40 tibb məntəqəsi fəaliyyət göstərir. Bu səhiyyə müəssisələrində 176 həkim və 528 orta tibb işçisi çalışır. Rayon səhiyyəsinə rəhbərlik Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi İlham Əliyev tərəfindən həyata keçirilir.




Ölkə rəhbərliyinin bu sahəyə olan diqqət və qayğısı səhiyyənin inkişafında həlledici amildir

İlk növbədə qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasınıninşasına Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncama əsasən başlanılmışdır. Bina 2013-cü ildə tikilib istifadəyə verilmişdir. Xəstəxana ərazisində əsas binadan əlavə yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion şöbə inşa olunmuşdur. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir tələblər səviyyəsində tikilmişdir. Xəstəxananın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381 kvadratmetrdir. Üç mərtəbədən ibarət binada ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxanada laboratoriya, poliklinika şöbələri, rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar vardır. Burada nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərəcəkdir. Tibb ocağının 50 nəfərlik iclas zalı da vardır. Xəstəxana müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunmuşdur. Burada yaradılan şərait yalnız cəlilabadlılara deyil, eyni zamanda, ətraf rayonların sakinlərinə də yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verir.




Diqqətəlayiq haldır ki, Ölkə Prezidenti cənab İlham Əliyev özü 2013-cü il sentyabrın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında şəxsən iştirak etmişdi. Həmin vaxt açılış mərasimində çıxış edən dövlət başçımız xəstəxanada yaradılmış şəraiti yüksək qiymətləndirərək belə demişdi: “Dünyada hansı yüksək standart varsa, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında da o standart vardır - həm keyfiyyət, həm memarlıq, həm gözəllik, təmizlik. Eyni zamanda, burada ən müasir avadanlıq quraşdırılıbdır, bütün şöbələr - cərrahiyyə, terapiya, oftalmologiya, doğum şöbələri fəaliyyət göstərir. Yəni, bu xəstəxana dünya səviyyəsində tikilmiş xəstəxanadır.”

Həqiqətən də bu gün Cəlilabadda əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi üçün səhiyyə obyektləri müasir tibbi avadanlıqlarla təchiz olunmuş, xəstələrin müayinə və müalicəsinə diqqət artırılmışdır.




Vətəndaşların sağlamlıq durumuna nəzarət yüksək ixtisaslı peşəkarlara həvalə olunub

Təbii ki, dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğının qarşılığında Cəlilabadın səhiyyə işçiləri də onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında əhaliyə həqiqətən də yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Sakinlər xəstəxananın baş həkimi İlham Əliyevdən xüsusilə razılıq edirlər. Həmçinin məlumatlarda vurğulanır ki, rayonun tibb müəssisələrində hazırda öz peşəsini sevən, müasir biliklərə və təcrübəyə sahib olan həkimlər çalışırlar. Birmənalı olaraq vurğulamaq lazımdır ki, bu gün Cəlilabad RMX-da vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilir.
Ümumiyyətlə etiraf etmək lazımdır ki, Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin prioritetləridir. Bu gün artıq ölkəmizin bütün regionlarında yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb və bu proses indi də davam edir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024