Ekspert prezident fərmanlarından danışdı: Çox düzgün addımdır
Tarix: 03-02-2016 | Saat: 16:24
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
“Rüfət Aslanlı maliyyə nəzarəti sahəsində ən savadlı dövlət məmurudur”.
“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” prezident İlham Əliyevin imzaladığı fərmanla bank, sığorta və qiymətli kağızlar bazarına vahid dövlət qurumu nəzarət edəcək.
Aia.az-ın məlumatına görə, bu barədə bank üzrə mütəxəssis Əkrəm Həsənov prezident İlham Əliyevin fərmanını şərh edərkən bildirib.
Ekspert hesab edir ki, bu fərmanla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ləğv olunacaq, Maliyyə Nazirliyindən sığorta nəzarəti, Mərkəzi Bankdan isə bank nəzarəti səlahiyyətləri alınacaq:
“Bunların hamısını Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi həyata keçirəcək.
Bu çox düzgün addımdır. Maliyyə nəzarətini vahid və müstəqil qurum həyata keçirməlidir. Mərkəzi Bank isə yalnız pul siyasəti ilə məşğul olmalıdır. Maliyyə Nazirliyi isə dövlət büdcəsi ilə.
Fərmandan belə görünür ki, yeni qurumun rəhbəri vəzifəsinə əsas namizəd Rüfət Aslanlıdır. Bu seçimi də düzgün hesab edirəm. Rüfət Aslanlı maliyyə nəzarəti sahəsində hazırda ən savadlı və səriştəli dövlət məmurudur. Ümid edirəm ki, yeni qurumun fəaliyyəti uğurlu olacaq və mövcud böhranın aradan tezliklə qaldırılmasına kömək edəcək”, - deyə Ə.Həsənov bildirib.
Eskpert qeyd edib ki, publik hüquqi şəxs bizim üçün yeni və çox lazımlı institutdur.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. Bu barədə prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024