Mobil versiya
İsmayıllıda meliorativ tədbirlər vaxtında və normativ tələblərə uyğun şəkildə həyata keçirilir
Tarix: 14-10-2019 | Saat: 14:47
Bölmə:Manşet / Ölkə | çapa göndər

İsmayıllıda meliorativ tədbirlər vaxtında və normativ tələblərə uyğun şəkildə həyata keçirilir




Fazil Həsənovun rəhbərlik etdiyi rayon Suvarma Sistemləri İdarəsinin kollektivi təsərrüfatlarda maksimum məhsuldarlığın təmin olunması yönümündə üzərilərinə düşən vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlirlər

Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Uzun illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır.

Su ehtiyatlarının effektiv şəkildə idarə olunması üçün yüksək peşəkarlıq və məsuliyyət tələb olunur




Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Təbii ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. Bununla belə etiraf olunmalıdır ki, aqrar təsərrüfatlarda yüksək məhsuldarlığın əldə olunması yönümündə əsas məsuliyyəti daşıyan qurumlar arasında məhz suvarma sistemləri idarələrinin fəaliyyəti daha çox diqqəti cəlb edir. Belə qurumlardan biri də Fazil Həsənovun rəhbərlik etdiyi İsmayıllı rayon Suvarma Sistemləri İdarəsidir.

Dövlət qayğısı bütün uğurların açarıdır



İsmayıllı Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov ölkə mətbuatına verdiyi müsahibələrində bu sahəyə dövlətin göstərdiyi qayğı və diqqətin önəmli olduğunu hər zaman xüsusi olaraq vurğulayıb. Həmin müsahibələrin birində Fazil müəllim ölkəmizdə meliorasiya sahəsində mövcud duruma dair öz fikirlərunu bildirərək bunları demişdi: “Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Bu baxımdan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərliyi altında ASC tərəfindən həyata keçirilən iri miqyaslı işlərin əhəmiyyətini qətiyyən danmaq olmaz.”




Həmçinin öz müsahibəsində Fazil Həsənov tamamilə haqlı olaraq bir məqamı da xüsusi vurğulamışdı ki, dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. O cümlədən, İsmayıllı Suvarma Sistemləri İdarəsinin kollektivi də ötən illərdə əldə olunmuş uğur və nailiyyətlərin davamını bundan sonra da gətirmək üçün əzmlə çalışırlar.

Mövcud imkanlardan səmərəli istifadə olunur

Qeyd etdiyimiz kimi, aqrar sahədə stabil yüksək göstəricilərə nail olmaq üçün vaxtında və effektiv şəkildə yerinə yetirilməsi tələb olunan əsas işlərdən biri də torpaqların suvarma suları ilə təmin olunmasıdır. Bu funksiyalar isə birbaşa olaraq suvarma sistemləri idarəsinin fəaliyyət dairəsinə aid olan vəzifələrdir. Məhz elə bu baxımdan da Fazil Həsənovun rəhbərlik etdiyi İsmayıllı rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də təsərrüfat sahiblərinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir. Bu işlərin normativ tələblərə cavab verə bilən səviyyədə görülməsi məqsədilə idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə saxlanması da daim diqqət mərkəzindədir. Həmçinin elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri mütəmadi olaraq həyata keçirilir.




İnanırıq ki, İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin kollektivi bundan sonra da Fazil Həsənovun rəhbərliyi altında öz yaradıcı, fədakar əməyi ilə təkcə fəaliyyətdə olduğu bölgənin geyil, həm də bütünlükdə doğma Azərbaycanımızın inkişafına dəyərli tövhələrini verəcək.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024