Mobil versiya
Azərbaycan diasporunun sədr müavini intihar etdi – FOTO
Tarix: 03-02-2016 | Saat: 16:01
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


“Həmin an həyat yoldaşı yanında olub”.

İstanbul Türk-Azərbaycan həmrəyliyi və mədəniyyəti cəmiyyətinin sədr müavini Abbas Murad Danışmanlı özünü öldürüb.

Aia.az xəbər verir ki, Vesti.Az öz mənbəyinə istinadən Abbas Murat Danışmanlının 6-cı mərtəbədən özünü atdığına dair məlumat yayıb.

“O, stress keçirib. Bundan sonra psixoloji pozuntular aşkar edilib. Abbas Murad çox həyatsevər, ünsiyyətcil, mehriban insan idi.

Etnik azərbaycanlı olan Abbas Murad Türkiyəni də Azərbaycan qədər sevirdi. Bu gün o, müalicə üçün xəstəxanaya yatırılmalı idi, amma gözlənilmədən intihar edib.

O, eyvana çıxaraq özünü atıb. Həmin an həyat yoldaşı yanında olub. Biz hamımız şokdayıq və indiyə qədər onun artıq yanımızda olmamasına inana bilmirik”, - həmsöhbət bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024