Mobil versiya
Bu il 4 minə yaxın köçkün ailəsinə ev veriləcək
Tarix: 10-10-2019 | Saat: 11:43
Bölmə:Gündəm | çapa göndər

Bu il 4 minə yaxın köçkün ailəsinə ev veriləcək


Bu ilin sonuna qədər Dövlət Komitəsi tərəfindən 3700-dən çox məcburi köçkün ailəsi üçün mənzillər tikilib təhvil veriləcək.
Azvision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məcburi köçkünlər üçün tikilən bəzi qəsəbələr istifadəyə hazırdır, bəzilərində isə son tamamlanma işləri aparılır:

"Şirvan şəhərində 685 ailəlik qəsəbə, Beyləqan rayonunda 146 ailəlik fərdi ev tikilib və artıq məcburi köçkünlərə təhvil verilir. Orada yaşayış var. Göyçay rayonunda bir bina təhvil verilməyə hazırdır. Həmçinin, Göygöl və Ucar rayonlarında qəsəbələr tikilir. Kürdəmirdə isə 560 ailəlik qəsəbə yaxın günlərdə təhvil veriləcək".



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5286 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}