Mobil versiya
Azərbaycan və Gürcüstan daxili işlər nazirlərinin görüşü olub
Tarix: 9-10-2019, 18:00 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycan və Gürcüstan daxili işlər nazirlərinin görüşü olub


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Daxili İşlər naziri, general-leytenant Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən aia.az -a verilən məlumata görə, qonaqları salamlayan nazir V.Eyvazov gürcü həmkarını bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, xalqlarımız arasındakı dostluğun qədim tarixi köklərə malik olduğunu xatırladıb, hər iki ölkə rəhbərliyinin əlaqələrimizin daha da genişləndirilməsinə böyük önəm verdiklərini qeyd edib, bu münasibətlərin ölkə prezidentlərinin siyasi iradəsinə, müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyini, daxili işlər nazirlikləri arasında da əməkdaşlığın, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə fəaliyyətin dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini nəzərə çatdırıb.

Sonra mövcud kriminogen durum, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasında əldə olunan nəticələr, xidmətin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verilib.

Qeyd olunub ki, ötən illər ərzində nazirliklərin rəhbər vəzifəli şəxsləri, sərhədyanı bölgələrin polis orqanlarının rəisləri səviyyəsində qarşılıqlı səfərlər, cinayətkarlıqla mübarizədə birgə səylərin əlaqələndirilməsinin daha da yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərinin müzakirəsi praktikası yaranıb. DİN-lər arasında əməkdaşlığın hüquqi bazasının məqsədyönlü və ardıcıllıqla möhkəmləndirildiyini qeyd edən nazir, imzalanmış sənədlərin, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilənin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib.

V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.


aia.az



577 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031