Mobil versiya
Prezidentlə xanımını toya dəvət edən şəhid ailəsi: “Bizə qonaq gələcəklərini bilmirdik”
Tarix: 09-10-2019 | Saat: 16:31
Bölmə:Manşet / Ölkə | çapa göndər

Prezidentlə xanımını toya dəvət edən şəhid ailəsi:


Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər. Açılışdan sonra ölkə başçısı xanımı ilə birlikdə Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın evində qonaq olub.

Səmimi söhbət zamanı şəhid ailəsi Prezident və Birinci xanımı oğlunun toy məclisinə dəvət edib. Ölkə başçısı məmnuniyyətlə toyda iştirak edəcəklərini bildirib.


Şəhid xanımı Fəridə Cabbarova Azvision.az -a açıqlamasında bildirib ki, Prezidentin onun evinə gələcəyindən xəbərsiz olub və son anda məlumat alıb.

İki oğul anası olan F.Cabbarova bundan əvvəl Lökbatan qəsəbəsində yerləşən qəzalı binada yaşayıb: “Bilirdim ki, mənə şəhid ailəsi, eləcə də məcburi köçkün ailəsi kimi ev verəcəklər. Ancaq dünən “Qobu Park-2” yaşayış kompleksinin ilk sakini olacağımı, Prezident və xanımının bizə qonaq gələcəyini bilmirdim. Bizim üçün sürpriz oldu”.



F. Cabbarova, həmçinin ölkə başçısını və xanımını oğlunun toyuna dəvət etməsindən danışıb. O, hələ toyun vaxtının bəlli olmadığını deyib.

“Cənab prezident söhbət zamanı məcburi köçkünlərin "çörək pulu" xərclərinin 50 faiz artırılmasından danışdı. Bundan əlavə, şəhid, məcburi köçkün ailələrinə dövlətin qayğısından söz açdı. Bizim ailənin çətinlikləri ilə maraqlandı. Bir süfrə arxasında çay içdik. Kədərli çıxışım onları da kövrəltdi. Böyük bir mükafatın, səmimiyyətin qarşısında başqa bir istəyim yox idi. Ani olaraq ağlıma gəldi ki, Prezidentimizi və Mehriban xanımı kiçik oğlum Nicatın toyuna dəvət edim. Oğlumun 29 yaşı var, mənzil probleminə görə onu evləndirə bilmirdim. Dedim ki, ev məsələmiz də düzəldi, bu yaxınlarda kiçik oğlum Nicata toy edəcəyik. Arzu edərdim ki, xeyir-duasını dövlət başçısı versin, çünki oğlumun atası yoxdur. Toyun vaxtı bəlli deyil. Toyumuz nə vaxt olacaqsa, iştirak edəcəklər. Mütləq onları dəvət edəcəyəm”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024