Oqtay Əsədov: İsveçrə Azərbaycana 860 milyon ABŞ dolları həcmində investisiya yatırıb
Tarix: 09-10-2019 | Saat: 16:26
Bölmə:Siyasət | çapa göndər
Oktyabrın 9-da Milli Məclisin Sədri Oqtay Əsədov İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend-in məlumatına görə, spiker qonaqları salamlayaraq bildirib ki, Azərbaycanla İsveçrə dost və tərəfdaş ölkələrdir: "Ölkəmiz onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu böyük olmuşdur. Hər iki ölkə prezidentlərinin müxtəlif dövrlərdə qarşılıqlı səfərləri, Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. İndiyədək ölkələrimiz arasında 23 sənəd imzalanmışdır.
Ölkəmizdə əlverişli investisiya mühiti var. 1995-ci ildən bu günədək İsveçrə tərəfindən Azərbaycana 860 milyon ABŞ dolları həcmində investisiya yatırılmışdır. Hal-hazırda Azərbaycanda 60 İsveçrə şirkəti fəaliyyət göstərir. Bu ölkənin “Holcim” şirkəti ölkənin daxili bazarında uğurla fəaliyyət göstərir. İsveçrənin “Stadler Rail” şirkəti ölkəmizdə qatar istehsalı və təmiri zavodunun tikintisində iştirak edir.
Ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 650 milyon ABŞ dolları təşkil etmişdir. Cari ilin yanvar-avqust ayları ərzində bu göstərici 1 milyard 300 milyondan artıq olmuşdur.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin işə düşməsi ilə ölkəmiz həm də Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağına çevrilmişdir".
Görüşdə Sədr vurğulayıb ki, hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımızın qarşılıqlı səfərləri parlamentlər arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərir.
Söhbətdə qeyd edilib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Biz inanırıq ki, bu münaqişə tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında öz ədalətli həllini tapacaqdır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye ölkəmizə ilk səfəri çərçivəsində aparılan danışıqlardan məmnun qaldığını söyləyib. Bildirilib ki, İsveçrə Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır. Parlamentlər səviyyəsində münasibətlərin genişlənməsi ümumi məqsədlərə xidmət edir. Bu sahədə əldə edilən uğurlar xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, iqtisadi, mədəni əməkdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərir.
Qonaq İsveçrənin Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrini dəstəklədiyini qeyd edərək, ölkənin müstəqillik illərində qazandığı uğurları yüksək qiymətləndirdi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova, İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri xanım Muriel Peneveyre və digər rəsmi şəxslər iştirak ediblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-11-2024
18-11-2024