Oğuz – meliorativ tədbirlər vaxtında və yüksək səmərəliliklə həyata kelirilir
Tarix: 09-10-2019 | Saat: 14:48
Bölmə:Manşet / Ölkə | çapa göndər
Oğuz Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Əhmədov bu sahəyə dövlətin göstərdiyi qayğı və diqqətin gündən-günə artdığını və nəticə olaraq əldə edilən nailiyyətlərin daim yüksəldiyini vurğulayıb
Məlumdur ki, aqrar sahədə uğur qazanmağın əsas tələblərindən biri də torpaqların suvarma işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi, meliorativ vəziyyətin yaxşılaşdırılması ilə bağlıdır. Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlara görə, Nizami Əhmədovun rəhbərlik etdiyi Oğuz rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün bütün mövcud imkanlardan səmərəli istifadə edir.
Dövlət qayğısı ən vacib amildir
Oğuz Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Əhmədov ölkə mətbuatına verdiyi müsahibələrində bu sahəyə dövlətin göstərdiyi qayğı və diqqətin önəmli olduğunu hər zaman xüsusi olaraq vurğulayıb. İdarə rəisinin sözlərinə görə, gündən-günə artan bu qayğı müliorasiya sahəsində çalışan insanları da yeni nailiyyətlərə ruhlandırır.
Məlum olduğu kimi, Azərbaycanda su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Son 14 ildə ASC-nin göstərdiyi əhatəli və səmərəli fəaliyyəti ölkənin kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu illər ərzində Azərbaycanda 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tərkibində effektiv fəaliyyətilə seçilən idarələrdən biri də məhz Nizami Əhmədovun rəhbərlik etdiyi Oğuz rayon Suvarma Sistemləri İdarəsidır.
Sel və daşqınlardan müdafiə tədbirləri vaxtında həyata keçirilir
Oğuz rayonu ərazi baxımından kiçik olsa da, bura 5 böyük dağ çayı ilə - Qala çay, Oğuz çay, Xal-xal çay, Daşağıl çay və Türyan çay çayları ilə əhatə olunur. Yaz-payız aylarında çaylarda güclü sellər müşahidə edilir. Rayon dağ rayonu olduğundan sel daşqınları zamanı çaylarda suyun sürəti çox iti olur. Sel zamanı su özü ilə çoxlu miqdarda lil, qum, daş, ağac gətirir ki, belə hallar da çay yatağının dolmasına səbəb olur. İstənilən halda çayların və kanalların lildən təmizlənməsini rayonun Suvarma Sistemləri İdarəsi öz texnikasının gücü ilə həyata keçirir. Selə qarşı mübarizə məqsədilə rayonun Qala çay, Oğuz çay, Xal-xal çay, Daşağıl çay, Türyan çay sistemlərində qabion bəndləri tikilmişdir. Ərmənət kəndinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 75 metr uzunluğunda daş-beton bəndi quraşdırılmışdır.
Suvarma idarəsinin fəaliyyəti yüksək qiymətləndirilir
Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Oğuz rayonunda fəaliyyət göstərən fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri Suvarma Sistemləri İdarəsinin göstərdiyi xidmətlərdən razıdırlar. Hazırda Oğuz rayonunda 10081 hektar suvarılan torpaq sahəsi mövcuddur. Həmin torpaqlarda mütəmadi olaraq hər il taxıl, qarğıdalı, bostan-tərəvəz, yonca və digər kənd təsərrüfatı bitkiləri əkilir. Rayonun suvarılan torpaqlarından 1307 hektarını çoxilliklər, 1673 hektarını həyətyanı torpaq sahələri təşkil edir. İl ərzində rayonun bütün suvarılan torpaq sahələrində kənd təsərrüfatı bitkiləri əkilməsi və su ayrıcından təxminən 23000 min kubmetr su verilir. Çaylardan götürülmüş suyun əkin sahələrinə çatdırılması üçün 107,5 kilometr magistral kanallardan, 391 kilometr köməkçi kanallardan istifadə olunur. Həmçinin məlumatlarda qeyd olunur ki, idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə saxlanması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.
Təbii ki, bütün bunlar Nizami Əhmədovun rəhbərlik etdiyi Oğuz rayon Suvarma Sistemləri İdarəsinin səmərəli fəaliyyətindən xəbər verir və hər birimizdə bu səmərəliliyin gələcəkdə daha da artacağına möhkəm əminlik yaradır.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-11-2024