Mobil versiya
Daşkənddə keçirilən Türkdilli Dövlətlərin Biznes və İnvestisiya Forumunda Azərbaycan sahibkarları iştirak diblər
Tarix: 07-10-2019 | Saat: 16:06
Bölmə:Manşet / Gündəm | çapa göndər

Daşkənddə keçirilən Türkdilli Dövlətlərin  Biznes və İnvestisiya Forumunda Azərbaycan sahibkarları   iştirak diblər



5 oktyabr 2019-cu il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzvü olan ölkələrin Biznes və İnvestisiya Forumu keçirilib.

Bu il 10 yaşını qeyd edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində təsis edilmişdir.
Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarovun moderatorluğu ilə keçirilən Forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 60 yaxın Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Azərbaycan nümayəndə heyətinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev rəhbərlik etmişdir.

Forumda tikinti materiallarının istehsalı, dərman vasitələri, kənd təsərrüfatı, turizm, qida sektoru, tekstil, informasiya və rabitə texnologiyaları, kimya, neft və qaz sənayesi, maşınqayırma, elektrik mühəndisliyi və digər sahələrdə çalışan, müxtəlif türkdilli ölkələrdən gələn 400-dən artıq iş adamı iştirak etmişdir.

Forumun rəsmi hissəsində Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarov bu ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibliyini vurğuladı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Özbəkistanın bu quruma üzv olmasını mühüm hadisə adlandırdı, bundan sonra üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verdi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin ölkə iqtisadiyyatının inkişafına əsaslı dərəcədə təsir göstərdiyini qeyd etdi. M.Musayev bu ilin 6 ayında Azərbaycanın qeyri-neft sənayesinin 15,7 faiz, ticarət dövriyyəsinin 20 faizdən çox, qeyri-neft ixracının 15 faiz, kənd təsərrüfatı məhsullarının istehsalının isə 13 faiz artdığını vurğuladı.
M.Musayev həmçinin Azərbaycanla Özbəkistan arasında ticarət münasibətləri barədə məlumat verərək bildirdi ki, ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 43,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2017-ci illə müqayisədə 46,3 faiz artım deməkdir. Bu tendensiya cari ildə də davam etməkdədir. Belə ki, bu ilin 7 ayı ərzində Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz artaraq 38,6 milyon dollara çatmışdır. Qeyd edək ki, hazırda Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və digər sahələri əhatə edən Özbəkistan kapitallı 30-a yaxın şirkət, Özbəkistanda isə Azərbaycan kapitallı 80-ə yaxın şirkət fəaliyyət göstərir. Bununla belə, ticarət dövriyyəsinin və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün münbit şərait mövcuddur.



Hesab edirik ki, Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ölkələrimizin real potensialını əks etdirmir. Hər iki ölkə bu sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Forumda digər türkdilli ölkələrin nümayəndələri də çıxış edərək əlaqələrin daha da genişləndirilməsi istiqamətində həyata keçiriləcək işlərdən danışdılar.
Biznes və İnvestisiya Forumu çərçivəsində, Daşkənd şəhərində Türkdilli ölkələrin Biznes Şurasının İdarə Heyətinin görüşü keçirilmişdir. Görüşdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirakçı, Macarıstan nümayəndələri müşahidəçi və Türkmənistan nümayəndələri qonaq qismində iştirak etmişlər. Həmin görüşdə Türkdilli ölkələrin Biznes Şurasının İdarə Heyəti üzvlərinin məruzələri dinlənildi.
Özbəkistan Ticarət-Sənaye Palatasının sədri Adxam İkramov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyə Ticarət Palatası və Birjasının prezidenti, Türk Şurası Ticarət-Sənaye Palatasının sədri Rifat Hisarçıklıoğlu çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin və digər məsələlərin əhəmiyyətindən danışdılar.
Qeyd olundu ki, Türk Şurasının yaradılması bu ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasına təkan verilmiş və Türk Şurasına daxil olan ölkələr arasında xarici ticarət əlaqələrinin inkişafına ciddi önəm verilməsinə ehtiyac vardır.

Forum çərçivəsində Türk dünyasının işadamlarının ikitərəfli görüşləri keçirildi. Belə ki, Azərbaycanın iri şirkətlərindən olan “Paşa Holdinq”, “Cahan Holdinq”, “Neqsol Holdinq”, “Testec Qrup”,”Akkord Tikinti” ASC, “Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası”, Nar istehsalçıları və ixracatçıları Assosiasiyası” və digər iri təşkilatlar Türkdilli Dövlətlərin iş adamları ilə görüşərək, qarşılıqlı faydalı əməkdaşlıq barədə razılıq əldə etdilər.
Həmin gün, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri Məmməd Musayevin Özbəkistan Respublikası Aqrobankının rəhbəri Rüstəm Mamatkulov ilə işgüzar görüşü keçirilmişdir. Görüş zamanı iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Məmməd Musayev dəvətlərinə görə cənab Mametkulova təşəkkür edərək, Azərbaycanın biznes və investisiya mühiti, bank və maliyyə sahəsi barədə geniş məlumat verdi və gələcək əməkdaşlığın inkişafı naminə Aqrarkredit QSC ilə Özbəkistan Aqrobankı arasında əməkdaşlığın yeni müstəviyə keçməsinin vacibliyini vurğuladı. Rüstəm Mamatkulov Özbəkistanda aparılan islahatlar barədə məlumat verdi və Özbəkistan tərəfi olaraq bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu bildirdi. Görüşdə “Aqrarkredit” QSC ilə Özbəkistan Aqrobankı arasında tez bir zamanda əməkdaşlıq haqqında memorandum imzalanması haqqında tərəflər razılığa gəldilər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iştirakçıları, cari ilin 14-15 oktyabr tarixlərində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində keçiriləcək biznes foruma dəvət edərək qeyd etdi ki, “Sevindirici haldır ki, türkdilli dövlətlər arasında ticarət əlaqələri gündən-günə güclənir və düşünürəm ki, bu sahədə hələ çox işlər görməliyik. Azərbaycan türkdilli ölkələrin iqtisadiyyatına 15 milyard dollar sərmayə qoymuşdur və bu istiqamətdə işlər davam etdirilir”. Görüşdə digər ölkələrin nümayəndələri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf perspektivləri ilə bağlı öz fikirlərini bölüşdülər.

Daşkənd şəhərində keçirilən Biznes və İnvestisiya Forumu 06 oktyabr 2019-cu il tarixdə öz işini başa çatdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024