Ağsu Rayon İcra Hakimiyyətinin yeni başçısı kimlərin planını pozub?
Tarix: 07-10-2019 | Saat: 11:43
Bölmə:Manşet / Ölkə | çapa göndər
Vahid Tağıyev vəzifəyə təyin olunduqdan rekord həddə qısa müddət sonra ona qarşı “qara piar” kampaniyasına başlanılıb
Artıq xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 30.09.2019-cu il tarixli Sərəncamı ilə Vahid Heydər oğluTağıyev Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Çox maraqlıdır ki, Vahid Tağıyevin bu vəzifəyə təyinatından dərhal sonra ona qarşı əks-təbliğat kampaniyasına başlanılmışdır. Bu məqsədlə bəzi saytlarda yeni icra başçısının işə başladığı dördüncü gündən artıq on qarşı ardıcıl olaraq şikayət xarakterli materialların dərc olunmasına, bəzi hallarda isə hətta video-materialların da yerləşdirilməsinə start verildi. Belə məlum olur ki, Vahid Tağıyevin bu təyinatı kimlərisə bərk narahat edib.
Əlbəttə, soruşa bilərsiniz ki, biz hansı səbəbdən təqdim olunan şikayət və iradların səmimiliyinə, obyektivliyinə şübhə ilə yanaşırıq? Bunun da çox sadə izahı var. Məsələ bundadır ki, tələm-tələsik hazırlanan reportaj və müsahibələrdə həddindən çox uyğunsuzluqlar mövcuddur. Azacıq diqqət yetirmək kifayət edir ki, bu çıxışların təxribat xarakteri daşıdığı məlum olsun. Bəzi hallarda isə, “şikayətçilər” özləri də bilmədən yeni icra başçısının fəaliyyətinin təqdirə layiq məqamlarını vurğulamış olurlar. Nümunə üçün həmin materiallardan bəzi çıxarışları sizlərə də təqdim edirik.
Beləliklə, materiallardan birində Ağsu sakini olan bir vətəndaşın bir müddət əvvəl baş vermiş zəlzələdən evinin ziyan çəkdiyi və icra hakimiyyəti tərəfindən həmin evin təmir edilmədiyi iddia olunur. Şikayətçi deyir: “İcra hakimiyyətindən dörd beş dəfə gəlib baxıblar, sonra da təmir yazıblar. Az qala, hər gün ora gedirəm, hər dəfə deyirlər: “gözlə”. Fevraldan müraciət etmişəm, daha nə qədər gözləyim? Ağsunun bir neçə kəndini gəzin, evlərə baxın, hamıya ev tikirlər...” Yaxşı, əgər vətəndaşın özünün də dediyi kimi, Ağsunun kəndlərində hamıya ev tikirlərsə, bu zaman kimin marağı nədir ki, tək bircə bu sakinin evini təmir etməkdən imtina edilsin? Həm də bu vətəndaş müharibə veteranı kimi təqdim olunur. Yəni burda yeganə bir səbəb ola bilər ki, bu da növbəliliyin gözlənilməsidir.
Dərc olunmuş digər bir materialda deyilir: “Ağsunun yeni icra başçısı Vahid Tağıyevin ilk qəbul günündə narazılıq yaranıb. Sakinləri sözlərinə görə, icra başçısının qəbuluna düşmək üçün icra hakimiyyətinin binası önünə 200 nəfərə yaxın şikayətçi toplaşsa da, onların çox az bir qismi qəbula düşə bilib...” Görəsən bu sətirlərin müəllifinin fikrincə, rayon icra hakimiyyətində bir iş günü ərzində neçə nəfəri qəbul edib dinləmək, onların şikayət və ya təklifləri barədə ilkin də olsa, düşünüb bir qərar vermək mümkündür? Zənnimizcə bu say göstəricisi istənilən halda 200 nəfər ola bilməz. Amma bununla belə, bizdə olan dəqiq məlumata görə, Vahid Tağıyev həmin gün icra hakimiyyətinin inzibati binasında nə az, nə çox düz 178 nəfər sakini qəbul edib. Əlbəttə ki, bu göstərici ilk növbədə Vahid müəllimin öz işinə necə böyük məsuliyyətlə yanaşmasından və dövlətimiz tərəfindən ona göstərilmiş böyük etimadı ən qısa zamanda doğrultmaq əzmində olduğundan xəbər verir.
Digər bir video-materialda isə bir xanım “etirazçı” yenə də qəbul məsələsi ilə bağlı aşkar təxribat xarakterli təkliflər irəli sürür. Böyük ehtimalla icra hakimiyyətinin inzibati binasının mühafizə xidmətini həyata keçirən polis əməkdaşına müraciət edən bu xanım da özünə növbə çatmayan qəbulun ümumiyyətlə ləğv olunmasını tələb edir: “Bu gün qəbul deyil. Hamını yığ, çıxart çölə. Vsyo...” Belə bir çağırış təxribat deyilsə, bəs nədir? Amma gözləmək olar ki, növbəti günlərdə daha mükəmməl şəkildə hazırlanmış “şikayət xarakterli” materiallar işıq üzü görsün. Ən azından istirahət günləri ərzində bunun üzərində işləməyə vaxt olacaq.
Ağsu Rayon İcra Hakimiyyətinin yeni rəhbərliyinə gəlincə isə deyə bilərik ki, Vahid Tağıyev qətiyyən vətəndaşlarla görüşlərdən çəkinən bir məmur təəssüratı yaratmır. Belə ki, artıq oktyabrın 3-də başçı rayonun Maşadqanlı kəndində səyyar qəbil keçirib. Təqdim olunan məlumata görə, həmin qəbul zamanı vətəndaşlar tərəfindən işlə təminat, kənd sakininin müalicəsinin təmin olunması, fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş fərdi yaşayış evlərinin tikintisi və təmiri, kənd məktəbində şəhid M.Mirzəməmmədovun xatirə lövhəsinin yaradılması, Maşadqanlı kəndini Ərəbuşağı və Ağalarbəyli yaşayış məntəqələri ilə əlaqələndirən asma piyada körpünün bərpası, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Ağsuçayda şlüz qoyulması, subartezian quyusunun qazılması, kənddə gələn yolun əsaslı təmiri, elektriklə təchizatda çoxsaylı fasilələrin aradan qaldırılması və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndirilib. Müraciət və təkliflər araşdırılaraq nəzarətə götürülməklə onların icrası ilə bağlı vətəndaşlara qanunauyğun izahat verilib, həmçinin aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Başqa sözlə desək, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev öz vəzifələrinin icrasına kifayət qədər yüksək dinamika ilə başlamışdır. Bundan narahat olan qüvvələrin nə düşündüyü və onların məhz hansı planlarının alt-üst olduğu isə artıq elə bir önəm daşımır.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-11-2024