Mobil versiya
02 fevral 2016-ci il tarixdə Bərdə rayonunun Köbərkənd, Xəsili və Qazaxlar kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur
Tarix: 02-02-2016 | Saat: 20:05
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə rəhbərləri, kənd sakinləri və media nümayəndələri iştirak etmişlər. Tədbirləri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Bildirmişdir ki, 2015-ci il ərzində rayonda 437,3 km müxtəlif diametrli qaz xətləri çəkilərək 31 kənd qazlaşdırılmış, 5518 abonentə təbii qaz verilmişdir. İndiyədək rayonun 97 kəndi kənd qazlaşdırılmışdır. Hazırda rayonun 10 kəndində qazlaşma işi davam etdirilir. Bildirmişdir ki, Köbərkənd, Xəsili və Qazaxlar kəndlərinin qazlaşdırılması üçün 90 km-dən çox müxtəlif diametrli polad qaz xətləri çəkilmiş, 112 ədəd siyirtmə quraşdırılmış, 727 ailəyə təbii qaz verilmişdir. Hər bir abonentə sayğac quraşdırılmış, bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. Tədbirlərdə Köbərkənd kənd sakin Elman Məmmədov, Xəsili kənd sakini Afərim Səlimova, Qazaxlar kənd sakini Risalə Hümbətova çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov və Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək sakinləri təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər. Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc və “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov ilə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar. Tədbirlərdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kəndlərin sakinləri ilə söhbət etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə hər bir kənddə bir nəfər kənd sakinin evində mavi qazın alovlandırılmasında iştirak etmiş, ev sakinləri ilə söhbət etmişlər.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024