Deputat: Azərbaycanda dinc sakinin qətlə yetirilməsi Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha göstərir
Tarix: 03-10-2019 | Saat: 15:38
Bölmə:Siyasət | çapa göndər
Erməni hərbçilərinin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatoru atəşə tutması və nəticədə ekskovatorun sürücüsü - mülki şəxs Səfərəli Abışovun həyatını itirməsi Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha göstərir.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, Ermənistan rəhbərliyi guya sülh tərəfdarı olduğunu bəyan etsə də, təcavüzkar siyasətlərini yenə də həyata keçirir: “Hər gün atəşkəs ermənilər tərəfindən pozulur. Bir çox hallarda atəşkəsin pozulması insan ölümü, şəxsi mülkiyyətə ziyan dəyməsi ilə nəticələnir. Səfərəli Abışovun qətlə yetirilməsi növbəti təcavüzdür, sülh danışıqlarına, münaqişənin həllinə əngəl törədən bir haldır. Dinc sakinlərə açılan atəş göstərir ki, Ermənistan hələ də özünün çirkin siyasətini davam etdirir”.
Deputat təəssüflə vurğulayıb ki, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu Azərbaycanın dinc sakininin ermənilər tərəfindən qətlə yetirilməsinə lazımi şəkildə reaksiya vermirlər: “Dinc sakinin erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi pislənilməlidir, bununla bağlı beynəlxalq təşkilatlar qəti mövqe ortaya qoyulmalıdırlar”.
Xatırladaq ki, ötən gün saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə, ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.
Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub, görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024