Mobil versiya
Metronun “Cəfər Cabbarlı” stansiyasının bir yolunda aparılan təmir işləri sonuncu mərhələdədir
Tarix: 03-10-2019 | Saat: 14:34
Bölmə:Gündəm | çapa göndər

Metronun “Cəfər Cabbarlı” stansiyasının bir yolunda aparılan təmir işləri sonuncu mərhələdədir


“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasının bir yolunda aparılan təmir işləri artıq sonuncu mərhələdədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq bütün infrastruktur yenilənib və hazırda son tamamlama işləri görülür: "Sözügedən stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyi üçün orada əsaslı təmir işlərinin davamlı görülməsinə zərurət vardı. Bu işlər sərnişin hərəkətinə mane olmamaq şərti ilə mərhələlərlə görülür. Bildiyiniz kimi, “Cəfər Cabbarlı” stansiyasının iki çıxışı var ki, bu səbəbdən rahat şəkildə sərnişinlərin hərəkətini təşkil etməklə təmir işlərini aparmaq mümkündür. Təmir işləri əsaslıdır. Sərnişinlərin hiss etməyəcəyi, amma infrastruktur, stansiyanın davamiyyəti və etibarlılığı baxımından əhəmiyyətli işlər görülür".

B.Məmmədov qeyd edib ki, gələn il təmir işlərinin yekunlaşması gözlənilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə