Mobil versiya
“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb
Tarix: 01-10-2019 | Saat: 17:41
Bölmə:Gündəm | çapa göndər

“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb


30 sentyabr tarixində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına dair görüş keçirilmişdir. Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov iştirak ediblər.

Tərəflər arasında imzalanan memorandum ADAU-nun tələbələrinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçməsini, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılmasını, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində əməkdaşlığı əhatə edir. Tərəflər arasında birgə əməkdaşlıq çərçivəsində mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrinin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislər hazırlanacaq, birgə simpozium və konfranslar təşkil olunacaq, qabaqcıl üsul və texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsi aparılacaq, “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən masterklasslar təşkil olunacaq.

Qeyd edək ki, “AzerGold” QSC artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “ADA” Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti ilə geniş və çoxşaxəli əməkdaşlıq qurub. Bu əməkdaşlıq çərçivəsində Çovdar filiz emalı sahəsinə tanıtım səfərləri, təcrübə proqramları, master-klasslar, təcrübə mübadiləsi təşkil olunur. Bu günədək universitetlərlə qurulan əməkdaşlıq çərçivəsində 100-dən çox tələbə dağ-mədən mühəndisliyi, geoloji kəşfiyyat, iqtisadiyyat, ictimaiyyətlə əlaqələr, mühəndis sistemləri və qurğularının tikintisi, insan resurslarının və biznesin idarəolunması sahələrində “AzerGold” QSC-də təcrübə keçərək praktiki biliklər əldə ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5173 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2020
13-07-2020