Mobil versiya
Bir gündə 650 min ağac əkilməsi üçün hazırlıqlara başlanılıb
Tarix: 30-09-2019 | Saat: 13:17
Bölmə:Ölkə | çapa göndər

Bir gündə 650 min ağac əkilməsi üçün hazırlıqlara başlanılıb


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünün realizə olunması üçün hazırlıqlara başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, həmin gün əkilməsi nəzərdə tutulan ağacların tədarükü gedir və hər bölgənin iqlim və relyefinə uyğun ağac növlərindən istifadə olunması üçün çeşidləmə aparılır: “Hesab edirik ki, bu təşəbbüs hər kəsə ağac əkmək fürsəti verir, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək və ölkədə yeni bir rekorda imza atılacaq. Bu nəcib təşəbbüslə bağlı ölkəmizin bütün bölgələrində hazırlıq işləri aparılır".

Milli Məclisin deputatı Qənirə Paşayeva jurnalistlərə açıqlamasında bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü tovuzlular tərəfindən də dəstəklənir: “Həmin təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir və tovuzlular da bu aksiyaya fəal qoşulacaqlar”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İmadəddin Nəsiminin irsinin təbliği, dünyaya tanıdılması və 650 illik yubileyinin yaddaqalan olması məqsədilə xeyirxah təşəbbüs irəli sürüb. Təşəbbüs çərçivəsində noyabrda Azərbaycanda bir gündə 650 min ədəd ağac əkilməsi nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024