Gələn həftədən əhali siyahıya alınacaq
Tarix: 24-09-2019 | Saat: 15:27
Bölmə:Ölkə | çapa göndər
Azərbaycanda əhalinin növbəti siyahıyaalınması ilə bağlı bu həftədən işlərə başlanılacaq.
Dövlət Statistika Komitəsinin Mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev Azvision.az -a açıqlamasında bildirib ki, siyahıyaalmanın keçirilməsində birbaşa iştirak edən sayıcılar 28-30 sentyabr tarixlərində onların siyahıya alacağı ünvanlarla tanış olacaqlar.
"Bununla da onlar hər bir yaşayış binasının (evin), o cümlədən müvəqqəti yaşayış üçün nəzərdə tutulan obyektin və yaşayış üçün istifadə edilən qeyri-yaşayış tikintisinin dislokasiyası ilə yerindəcə tanış olacaqlar. Bildiyiniz kimi, 1-10 oktyabr 2019-cu il tarixlərində ölkəmizdə müstəqillik dövründə keçiriləcək sayca 3-cü əhalinin siyahiyaalınmasının başlanılmasına bir həftədən az vaxt qalıb. Artıq əhalinin siyahıyaalınmaya hazırlıq işləri yekunlaşıb. Bu həftədən başlayaraq sayıcı məntəqəsinin ərazisindəki hər bir ünvan üzrə mənzillərə baş çəkiləcək və əhali qarşıdakı siyahıyaalma haqqında xəbərdar ediləcək”, - komitə rəsmisi qeyd edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər