Mobil versiya
BAKI MERİYASI NIN VƏZİFƏLİ ŞƏXSİ XARİCDƏ NƏLƏRƏ SAHİBLƏNMƏYİB Kİ... - Sənədlər yayıldı
Tarix: 19-09-2019, 16:26 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

BAKI MERİYASI NIN VƏZİFƏLİ ŞƏXSİ XARİCDƏ NƏLƏRƏ SAHİBLƏNMƏYİB Kİ... -


"Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, o, uzun illər Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoru işləyib. Paytaxtın məişət tullantılarından təmizlənməsi bu müəssisənin xidmət sahəsinə aiddir".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb.

O, əldə etdiyi rəsmi sənədləri səhifəsində paylaşaraq, yazıb ki, Verdiyevin barəsində o qədər də geniş məlumat yoxdur: "Amma bir qayda olaraq cənab Verdiyev seçkilərdə YAP-ın namizədlərinin səlahiyyətli nümayəndəsi kimi çıxış edib. İndi də Bakı şəhər İcra Hakimiyyətində çalışdığı deyilir.

Xırda məmur olsa da 2010-cu ildə Çexiyada 1987-ci il təvəllüdlü oğlu Anar Verdiyevin adına şirkət açıb. Yanlış düşünməyin, Praqanın zibillərini daşımır, şirkət mülklərin, mənzillərin kirayəsi və ticarət sahəsi ilə məşğuldur.

2010-cu ildə Praqada qeydiyyatdan keçmiş HAS & VER SRO (Həsənov və Verdiyev soyadlarından götürülüb) şirkətinin sənədlərinə görə Anar Verdiyev Ramiz Verdiyevlə eyni ünvanda, Bakının Şamil Əzizbəyov 120 ünvanında qeydiyyatdadır. Şəriki isə Əhməd Həsənov adlı şəxsdir. Şirkəti 2018-ci ildən Verdiyevlərin ailə üzvü Günay Verdiyeva idarə edir.

Ramiz Verdiyevin digər şirkəti isə Bakıdadır. "Şirin Dad" MMC Verdiyev Ramiz Qulam oğlunun adlna qeydiyyatdan keçirilib.

Bu barədə ona görə yazdım ki, real mənzərəni təsəvvür edin".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini yaymağa hazırıq.


aia.az









599 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
21-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031