Mobil versiya
Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq
Tarix: 18-09-2019 | Saat: 14:57
Bölmə:Ölkə | çapa göndər

Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq


Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri aparılır.

Nazirlikdən aia.az-a verilən məlumata görə, 200 çarpayılıq nəzərdə tutulan müəssisədə müasir tibbi-sosial reabilitasiya infrastrukturu yaradılacaq, əlilliyi olan şəxslərin daha efftektiv və səmərəli bərpa müalicəsi üçün yeni avadanlıqlarla təchiz olunacaq.

Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Müəssisədə il ərzində 5000-dək stasionar, 1500-dək əlilliyi olan şəxsin ambulator şəraitdə bərpa müalicəsi alması mümkün olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024