Mobil versiya
Bakıda pedofil saxlanıldı
Tarix: 01-02-2016 | Saat: 15:34
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



15 yaşlı qız 2015-ci ilin dekabr ayından axtarılırdı.

Xətai rayon Polis İdarəsinin əməkdaşları azyaşlıya qarşı seksual xarakterli cinayət faktının üstünü açdılar.

Aia.az xəbər verir ki, haqqin.az-a bu barədə rayon Polis İdarəsindən bildiriblər.

15 yaşlı K.R (qızın ad və soyadı etik normalara görə dəyişdirlib) 34-cü polis bölməsinin ərazisində olan Şirvani küçəsindəki şəhər kafelərinin birində bir ay idi saxlanılırdı.

Bütün bu müddət ərzində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edilib. Cinayət əməlləri məhz belə təsnifləşdirilib.

Qeyd edək ki, qız 2015-ci ilin dekabr ayının 26-dan itkin düşmüş hesab edilir. Valideynləri qızlarının harada olduğu barədə məluamtsız idilər. Və yalnız yanvar ayının 29-da polislər onu Azəri kafesində tapıblar.

Şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib – bu, 1989-cu il təvəllüdlü şəxsdir.

Qeyd edək ki, əməliyyatçılar şübhəli şəxsi saxlayaraq istintaqa təhvil veriblər.

Fakt üzrə araşdırma davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024