Mobil versiya
Bakıda restoranın fəaliyyəti məhdudlaşdırılıdı (FOTO)
Tarix: 13-09-2019 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər

Bakıda restoranın fəaliyyəti məhdudlaşdırılıdı


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi ilə bağlı monitorinqləri davam etdirir.

AQTA-dan aia.az-a verilən məlumata görə, Agentlik əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus “Sabiha” restoranında yoxlama aparıb. Müəyyən edilib ki, əhalinin qidalanmasının təşkili və ya yeməklərin, eləcə də içkilərin hazırlanması, onların saxlanması, əhaliyə satılmasına dair sanitariya-gigiyena və texniki normativ sənədlərin tələbləri kobud şəkildə pozulub.

Monitorinq zamanı baytarlıq-sanitariya ekspertizası aparılmayan və baytarlıq arayışı ilə müşahidə olunmayan ət və ət məhsullarından istifadə ediliyi aşkarlanıb. Yoxlama zamanı xammalın saxlanması sahəsi olmadığına görə məhsulların birbaşa mətbəxdə, yemək zalında döşəmənin üzərində və masaların altında yığılaraq saxlanıldığı müəyyən olunub. Qida obyektində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkarlanıb.

Qida məhsulalrından nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Restoranın fəaliyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024