Bağça və məktəblərdə qida rasionu ilə bağlı təkliflər hazırlanıb
Tarix: 09-09-2019 | Saat: 12:16
Bölmə:Ölkə | çapa göndər
Səhiyyə Nazirliyi məktəbəqədər təhsil müəssisələri və orta məktəblərdə uşaqlar üçün qida rasionunun hansı formada olması ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra AQTA həmin qidaların nə qədər təhlükəsiz olduğuna nəzarət edəcək: "Biz tövsiyə üçün "yaşıl", "sarı" və "qırmızı" vərəqələr də hazırlamışıq. Bunları daha sonra ictimaiyyətə açıqlayacağıq. "Yaşıl" vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlar üçün hansı qidaların qəbuluna tamamilə icazə verilməli olduğu qeyd edilib. "Sarı" vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. "Qırmızı" vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir".
Q.Təhməzli bildirib ki, AQTA tərəfindən ölkəmizdə fəaliyyət göstərən 1600-ə yaxın uşaq bağçasının 500-ündə qida təhlükəsizliyi üzrə monitorinqlər həyata keçirilib. Hazırda bağçalarda yoxlamalar davam edir:
"Yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik. Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət edəcəyik və həmin müəssisələrdə qida təhlükəsizliyinin qorunmasını təmin edəcəyik".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-11-2024
18-11-2024