Övladlığa uşaq götürmənin yeni qaydalarının detalları: özünüz seçə bilməyəcəksiniz
Tarix: 05-09-2019 | Saat: 10:55
Bölmə:Manşet / Ölkə | çapa göndər
Bu ilin noyabrın 1-dən övladlığa uşaq götürmək istəyən Azərbaycan vətəndaşları, eyni zamanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yeni - elektron qaydada qeydiyyatdan keçməklə bu xidmətdən yararlana biləcəklər.
Bu barədə Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin əməkdaşı Gülnar Bəhramova məlumat verib.
O bildirib ki, yeni övladlığagötürmə modeli sırf beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb:
"Biz beynəlxalq təcrübəni araşdırmışıq, nəticədə təkmilləşdirilmiş övladlığagötürmə modeli hazırlamışıq. Çoxlu yeniliklər olacaq.
Övladlığagötürmə modelində əcnəbi vətəndaşlara xüsusi yanaşma sistemi nəzərdə tutulub. Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid elektron uçotu eyni qayda ilə aparılır, övladlığa uşaq götürmək istəyən şəxsin övladlığagötürmə prosesinə vahid nəzarət, əsaslandırma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır.
Əcnəbilər də Azərbaycan vətəndaşları kimi elektron qaydada qeydiyyatdan keçməklə övladlığagötürmə ilə bağlı müraciət edirlər. Amma onların gəlirləri ilə bağlı qaydalarda fərqlər var. Çünki Azərbaycan vətəndaşlarından fərqli olaraq onlarda gəlirin miqdarı bir qədər artıqdır.
Yeni modelə əsasən, əcnəbilərlə bağlı vahid nəzarət sxemi olacaq. Bu tədbirlər onların yaşadıqları ölkələrdə olan nümayəndəliklərimiz, səfirliklər vasitəsilə həyata keçiriləcək".
Nazirliyin əməkdaşı əlavə edib ki, xaricilərə uşaqların verilməsi prosesi avtomatlaşdırılacaq:
"Vətəndaş artıq birbaşa məmurla təmasda olmayacaq, əvvəlki kimi vaxt itkisi qeydə alınmayacaq. Həmçinin övladlığagötürmə üçün lazım olan sənədlərin əldə olunması üçün vətandaşlar dövlət orqanlarına getmək məcburiyyətində qalmayacaq. Onların hamısı altsistem vasitəsi ilə inteqrasiya olunan informasiya ehtiyatlarından avtomatik şəkildə əldə ediləcək.
Eyni zamanda mövcud olan indiki qanunverciliyə görə, şəxs övladlığa götürmək istədiyi uşağı müəssisədən seçirdisə, artıq uşağa uyğun valideyn, həmçinin valideynə uyğun uşağın seçilməsi avtomatlaşdırılmış şəkildə olacaq. Uşaq üçün layiqli valideynin kim olması sistem tərəfindən müəyyən olunacaq.
Yeni modelin mənəvi cəhətdən əsas üstünlüklərindən biri də ancaq uşağın maraqlarının əsas götürülməsdir. Belə ki, uşağa uyğun valideynin seçilməsi indiki modelin əsas prioritet istiqamətlərindəndir".
Gülnar Bəhramova əlavə edib ki, bundan sonra övladlığa uşaq götürmək istəyən şəxslər tək qeydiyyat sənədləri ilə bu prosesi həyata keçirə bilməyəcəklər.
"Artıq o şəxslər müxtəlif mərhələlərdən keçməli olacaqlar. Bizim nazirlik tərəfindən həm əcnəbilərə, həm də Azərbaycan vətəndaşlarına onun övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqda rəy veriləcək. Qeyd edilən mərhələlərdən keçən şəxslər haqda rəy formalaşacaq. Mərhələlər isə uşaqla görüşlərin keçirilməsi, təlimlərin nəticələrinin qiymətləndirilməsi, imtahanlar və sınaq müddətindən ibarət olacaq. Bu sınaq müddəti olan 3 ay ərazində uşaq valideyn namizədinin evində yerləşdirilir. Ondan sonra hər ikisinin bir-birinə olan uyğunluğu müəyyənləşdirilir".
Nazirliyin əməkdaşı qeyd edib ki, hazırda uşaqların hansı ölkələrə övladlığa verilməsi ilə bağlı statistika mövcud deyil:
"Hələ ki, bununla bağlı statistika hazırlanır. Çünki yeni övladlığagötürmə modelinin qurulması istiqamətində işlər aparılır. Köhnə statitika araşdırılır".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-11-2024
18-11-2024