Mobil versiya
Narkotacirlər Azərbaycana ən çox hansı narkotiki gətirmək istəyirlər? - SİYAHI
Tarix: 03-09-2019 | Saat: 09:45
Bölmə:Manşet / Gündəm | çapa göndər

Narkotacirlər Azərbaycana ən çox hansı narkotiki gətirmək istəyirlər?


Narkotacirlər Azərbaycana, əsasən, heroin gətirmək istəyirlər.

Oxu.Az gömrük hesabatlarına istinadən bildirir ki, 2017-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub.

Bu faktlar üzrə ümumilikdə 2 ton 714 kq 962 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aşkarlanıb.

Bunların içərisində isə heroin üstünlük təşkil edir - 100 kq 517 qram. Bundan başqa, 13 kq 714 qr həşiş, 20 kq 248 qr marixuana, 83,502 qr metadon, 16 kq 675 qr tiryək, 1,8 qr brotizolam, 0,2 qr fenazepam, 12,81 qr MDMA, 0,34 qr metilendioksiamfetamin, 3 qr zolpidem, 5,727 qr alprazolam, 19,85 qr diazepam, 130 qr fenobarbital, 12,525 qr klonazepam, 970 qr metamfetamin, 7,5 qr xlordiazepoksid, 5 kq 516 qr kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Həmçinin gömrük orqanlarının əməkdaşları tərəfindən güclü təsiredici və zəhərli maddələr olan 21,800 qr boldenon, 8,15 qr drostanolon, 45,25 qr metandienon, 1,25 qr metenolon, 10,25 qr nandrolon, 30 qr oksimetolon, 2 qr oksandrolon, 1675 qr preqabalin, 13,3 qr stanozolol, 3924 qr tramadol, 11,9 qr trenbolon, 26,5 qr tropikamid və 0,4 qr erqotamin С qanunsuz dövriyyədən çıxarılıb.

Həmin il narkotik vasitələrin iki halda poçt göndərişləri vasitəsilə (Kanada və İngiltərədən) gətirilməsinin qarşısı alınıb.

2018-ci ildə isə analoji cinayət faktlarının sayı çoxalıb. Belə ki, ötən il gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 264 fakt aşkarlanıb.

Bu faktlar üzrə ölkəyə gətirilməsi nəzərdə tutulan narkotiklərin çəkisi isə 2017-ci illə müqayisədə az olub - 1 ton 193 kq 527 qram. 2018-ci ildə də heroin gətirilməsinə dair daha çox fakt aşkarlanıb - 1 ton 37 kq 624 qram.

Həmçinin 120 kq tiryək, 25 kq 185 qr həşiş, 1596 qr marixuana, 140 qr metadon, 2,7 qr oksikodon, 1,35 qr hidrokodon, 0,3 qr fenazepam, 1,05 qr ketazolam, 2,5 qr klobazam, 145,87 qr MDMA, 4,86 qr metilfenidat, 0,082 qr pirrolidinovalerofenon (A-PVP), 0,085 qr zolpidem, 1,02 qr alprazolam, 0,118 qr buprenorfin, 2,3 qr diazepam, 5 qr fenobarbital, 3,083 qr klonazepam, 0,178 qr lorazepam, 2303,937 qr metamfetamin, 6 kq 504 qr kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

2018-ci ildə gömrük orqanlarının əməkdaşları güclü təsiredici maddələr olan 64,65 qr boldenon, 2,95 qr drostanolon, 18,6 qr metandienon, 3,5 qr mesterolon, 19,8 qr metenolon, 48,875 qr nandrolon, 22,5 qr oksimetolon, 1 qr oksandrolon, 1907,5 qr preqabalin, 10,25 qr stanozolol, 200,625 qr tramadol, 17,21 qr trenbolon və 202,048 qram tropikamidi qanunsuz dövriyyədən çıxarıblar.

Ötən il Azərbaycana üç halda Almaniyadan, bir halda İspaniyadan, bir halda isə ABŞ-dan narkotik gətirilməsinə cəhd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024