Ekologiya və Təbii Sərvətlər naziri Lənkəranda vətəndaşları qəbul edib  
Tarix: 30-08-2019 | Saat: 14:37
Bölmə:Ölkə | çapa göndər
 
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik, Masallı, Yardımlı və Astara rayonlarından olan vətəndaşları qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Lerik, Rauf Hacıyev isə Masallı rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
09:13 Türkiyədə zəlzələ olub   
 30-10-2025
	
17:17 Suriya Kosovonu tanıdı   