Mobil versiya
Bakıda tikinti və istismara icazələr üzrə "Bir pəncərə" və özünəxidmət mərkəzinin təqdimatı keçirilib
Tarix: 30-08-2019 | Saat: 13:03
Bölmə:İqtisadiyyat | çapa göndər

Bakıda tikinti və istismara icazələr üzrə "Bir pəncərə" və özünəxidmət mərkəzinin təqdimatı keçirilib


Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərində “Bir pəncərə” prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq üçün press-tur təşkil edilib.

Trend-in məlumatına görə, press-tur çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə və istismara icazələr üzrə "Bir pəncərə" və özünəxidmət mərkəzinin təqdimatını keçirib. Komitə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə sistemi elektron şəkildə hazırlayıb və bu ilin əvvəlindən istifadəyə verib.

Tədbirdə çıxış edən Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib ki, bu gün xidmətə müraciət edənlər sərbəst şəkildə, iş yerlərini tərk etmədən, tam rahat və elektron qaydada sənədlərini göndərə, müəyyən olunan vaxt ərzində tikintiyə icazələri əldə edə bilərlər: "Tikintiyə icazələrin verilməsi 15 gün ərzində, istismara icazələrin verilməsi isə 10 gün ərzində baş verir".

Onun sözlərinə görə, icazələrin verilməsində bir çox dövlət qurumları iştirak etdiyi üçün bu sistem digər qurumlara inteqrasiya olunub: "Fəaliyyət dövründə bütün sınaqlar keçirilib və bu gün sistem tam keyfiyyətli şəkildə fəaliyyət göstərir. Lakin bu sistem müəyyən tikinti obyektləri üçün istifadədədir. İlin sonunadək sistem bütün tikinti növləri üçün istifadəyə veriləcək".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024