Mobil versiya
Biləsuvarda icazəsiz ov edən şəxs cərimələndi
Tarix: 30-08-2019 | Saat: 11:33
Bölmə:Ölkə | çapa göndər

Biləsuvarda icazəsiz ov edən şəxs cərimələndi


Biləsuvar rayonunda icazəsiz ov edən şəxs saxlanılaraq cərimə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb.

Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024