Xətai rayonu – inkişafdan narahat olan kimlərdir..?
Tarix: 28-08-2019 | Saat: 17:13
Bölmə:Manşet / Ölkə | çapa göndər
Bu gün paytaxtın Xətai rayonunda gedən abadlıq-quruculuq işləri elə böyük vüsət alıb ki, hətta rayonun rəhbərliyinə qarşı “qara piar” kampaniyası aparan qüvvələr belə həqiqətləri təhrif etməkdə çətinlik çəkirlər
Bu günlərdə saytlardan birinin səhifəsində Bakının Xətai rayonu İcra hakimiyyətinin rəhbərliyini tənqid edən bir yazı rastıma çıxdı. Düzü materialın “qara piar” silsiləsindən növbəti həmlə olduğuna şübhəm olmadığı üçün səhifədən çıxacaqdım. Amma qeyri-iradi olaraq oxuduğum ilk bir neçə cümlə məni maraqlandırdı. Yazını əvvəldən sonadək tam oxuyub bitirdikdə isə, artıq marağım şübhə ilə əvəz olunmuşdu. İndinin özündə də başa düşə bilmirəm, müəllif RİH rəhbərliyinin fəaliyyətini tənqidmi, yoxsa tərifmi etmək istəyib? Hər halda materialın başlığını, eləcədə mətndə yer almış bir neçə əsassız iddianı nəzərə alıb düşünürəm ki, yazı tənqidi xarakterdə olmalı idi. Sadəcə olaraq, məşhur atalar sözündə deyildiyi kimi, bir çox məqamlarda müəllifin “dili çaşıb, düzünü deyib”.
Sakinlərin maraqları ilk növbədə təmin olunur
“Xətai rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin, rayon və qəsəbə bələdiyyələrinin məsul şəxslərinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə abadlaşdırma işlərinin aparıldığı küçələrdə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilir. Belə görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də olur. Ticarət və xidmət obyektlərinin sahibləri ilə “küçənin ümumi estetik görünüşünü təmin etmək və müasir standartlara uyğunlaşdırmaq” məqsədi ilə təklif olunan layihələrin guya müzakirələri aparılır...” Bu cümlələr də həmin materialdan götürülüb. Diqqət edin, yalnız bircə “guya” sözünü silsək, bu mətn parçasında Xətai RİH-nin gündəlik işgüzar fəaliyyətindən bəhs olunduğuna heç kimin şübhəsi belə olmaz. Həqiqətən də son vaxtlar rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin əvvəlcədən planlaşdırılması, insanlara ziyan dəyməməsi, yarana biləcək problemlərin operativ həllinin təmin olunması məqsədilə icra hakimiyyətində belə görüşlər tez-tez keçirilir. Sakinlər də bu görüşlərin məqsəd və məramından xəbərdar olduqları üçün, bu tədbirlərin təşkilindən hamı razıdır. Yeri gəlmişkən, Xətai Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyevin son aylar ərzində həyata keçirdiyi bir çox layihələr də vətəndaşlar tərəfindən böyük rəğbət hissi ilə qarşılanır və təqdir olunur. Bu da təbiidir. Kim yaşadığı küçənin, məhəllənin abadlaşdırılmasından razı qalmaz ki? Həm də nəzərə almaq lazımdır ki, bu gün Xətaidə gedən işlər sadəcə bir və ya bir neçə küçə və məhəlləni deyi, bütün rayonu əhatə edir.
“Sovet iməcliyi”nin nəyi pisdir?
Materialda Rafiq Quluyevə qarşı irəli sürülən ittihamlardan biri də rayonda “məcburi” iməcliklərin keçirilməsilə bağlıdır. Bu məqamla bağlı təəssüf doğuran hal budur ki, müəllif insanları öz yaşadıqları əraziləri tullantı və zibildən təmizləmək üçün göstərdikləri səylərdən çəkindirmək məqsədilə onlarda sovet dönəmilə bağlı neqativ asossiasiyalar yaratmağa çalışır. Halbuki, yaşlı nəslin nümayəndələri bunu daha yaxşı bilirlər, həmin dövrün ən müsbət tərəflərindən biri də məhz elə insanların ətraf mühitə münasibətlərilə bağlı olub. Əgər vətəndaşlar arasında təmizlik, abadlıq işləri təbliğ olunursa, bunu yalnız dəstəkləmək və təqdir etmək lazımdır. Axı belə tədbirlərin gedişində materialda da qeyd olunduğu kimi, “küçələr məişət tullantılarından təmizlənir, yay mövsümünə xas olan yanğın təhlükəsi yaradan quru otlar yığılaraq ərazidən daşınır, ağaclara qulluq göstərilir.” Anlamaq olmur, bunun nəyi pisdir ki? Müəllif isə, hər şeyi pulla ölçməyə alışmış insanlar kimi, dərhal ödənişsiz əməyə cəlb olunmaqdan şikayət edir: “İnsanlar iş yerlərini itirməmək üçün haqqı ödənilməyən artıq zəhmət çəkməyə məcbur olurlar.” Ən azından, özünü yaşıllıqların təəssübünü çəkən şəxs kimi göstərməyə çalışan bir jurnalist üçün belə bir çağırış qətiyyən məntiqə uyğun deyil.
Bu arada isə, xətai rayonunda abdlıq-quruculuq işləri həqiqətən də getdikcə daha böyük vüsət almaqdadır. Yeri gəlmişkən, bu barədə Xətai rayon İcra Hakimiyyətində avqust ayının 9-da keçirilmiş Xətai rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında ətraflı məlumatlar təqdim olunmuşdur.
Davamlı aparılan abadlıq-quruculuq və yenidənqurma işləri vətəndaşlar tərəfindən məmunluqla qarşılanır
“2019-cu ilin birinci yarısında Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunları”na və qarşıda duran vəzifələrə həsr olunmuş həmin müşavirədə Xətai Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev hesabat məruzəsi ilə çıxış edərək rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2019-cu ilin birinci yarısında görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Məruzədə qeyd olunmuşdur ki, cari ilin əvvəlindən başlayaraq rayonun ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni nümunəvi həyətlər, xüsusən də Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Abad həyət”lər salınaraq sakinlərin istifadəsinə verilmişdir. İlqar Zülfüqarov küçəsi 107, 109, 111 və 113 saylı binaların həyətində salınmış yeni “Abad Həyət”in açılışında şəxsən Leyla xanım Əliyevanın iştirakı sakinlərin əsil sevincinə səbəb olub. Həmçinin son 6 ay ərzində, Naximov küçəsi 9 ünvanında, M.Rüstəmov küçəsi 12 saylı binanın ərazisində İDEA İctimai birliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə “Abad həyət”lər salınaraq istifadəyə verilmişdir. Həmin həyətlərdə müxtəlif idman - futbol, basketbol, voleybol meydançaları salınmış, müasir tipli idman qurğuları quraşdırılmış, söhbətgahlar tikilmiş, uşaq əyləncə guşələri yaradılmışdır. Zığ yolu 9 saylı ünvanın yaxınlığında Şəhidlərin abidə kompleksi əsaslı təmir edilmiş, binanın yaxınlığında fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi ilə təchiz edilmişdir. Yeni salınan parkda uşaq əyləncə elementləri, idman qurğuları quraşdırılmış, 8000 m2 yaşıllıq zolağı salınmış, gül kolları əkilmişdir. Mövcud ağaclara, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi üçün su xətləri çəkilmiş və 150-dən çox ağac əkilmişdir.
Daha bir əyləncə və istirahət parkı istifadəyə verildi
Bir neçə gün əvvəl Zığ yolu 3 ünvanında da həmçinin əsaslı təmir işlərindən sonra yeni salınmış əyləncə və istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Digər ünvanlarda olduğu kimi bu ərazidə də yaşıllıq sahəsi salınaraq gül kolları əkilmiş, sakinlərin istirahəti üçün lazımi şərait yaradılmış, uşaqlar əyləncəsi üçün müxtəlif qurğular quraşdırılmışdır. Hazırda M.Rüstəmov küçəsi 21, Lütfizadə küçəsi 10 və Sarayevo küçəsi 19 saylı binaların həyətində 5000-ə yaxın əhalinin yaşadığı həyətdə İDEA İctimai birliyi tərəfindən Abad həyətin tikintisi, eləcə də Gəncə prospekti 75-77, Ramiz Quliyev 2, Rahib Məmmədov 10, İlqar Zülfüqarov küçəsi 99-101 saylı binaların həyətlərində və digər ərazilərdə abadlıq-quruculuq işləri davam etdirilir. Həmçinin illərlə baxımsız qalan Cavanşir küçəsində aparılan abadlıq işləri çərçivəsində ərazi qeyri-qanuni zəbt olunaraq çəkilmiş hasarlardan, tikililərdən, məişət tullantılarından təmizləndikdən sonra əraziyə su xətti çəkilmiş, gəzinti zolaqları salınmış, oturacaqlar quraşdırılmış və işıqlandırma sistemi ilə təchiz edilmişdir.
İctimai həyatın bütün sahələrində canlı dinamika müşahidə olunmaqdadır
Hesabat dövründə rayon ərazisində mədəni-kütləvi tədbirlərin təşkili yüksək səviyyədə həyata keçirilmişdir. Novruz Bayramı münasibətilə bir neçə ünvanda Novruz şənlikləri və ölkəmiz üçün önəmli hadisələrdən biri - 10 milyonuncu sakinin dünyaya gəlişi münasibətilə tanınmış incəsənət ustalarının iştirakı ilə İctimai televiziya ilə canlı yayımlanan Konsert Proqramı təşkil edilmişdir. Rayon sakinləri konsertin təşkil edildiyi Heydər Əliyev adına parka axın edərək böyük sevinc və çoşqu ilə bu əlamətdar günləri qeyd etmişlər.
Rayonun Məzahir Rüstəmov küçəsində - “Bakı” kinoteatrının yaxınlığında əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatını daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq, süni qiymət artımının qarşısını almaq məqsədilə hər həftənin şənbə-bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuş, fermerlərə və bazarlıq üçün bura üz tutan paytaxt sakinlərinə əlverişli şərait yaradılmışdır. Həmçinin hazırda Gəncə prospekti 20a ünvanında yeni yarmarkanın inşası da davam etdirilir.
Təqdirəlayiq haldır ki, Ölkə Prezidenti cənab İlham ƏLiyevin tapşırığına uyğun olaraq, işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması məqsədilə yaradılmış ödənişli ictimai işlərə cəlb olunmuş işçilərin əməyindən rayonda görülən abadlıq-quruculuq işlərində geniş istifadə olunmuşdur. Bu günədək bu işlərə 940 nəfər cəlb edilmişdir.
Vətəndaşlarön qəbulu bir çox problemlərin həllində həlledici amil kimi çıxış edir
Xətai Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyevin fəaliyyətini səciyyələndirən iş prinsiplərindən biri də rayonun əhalisi ilə mütəmadi görüşlərin keçirilməsi, qəbulların təşkil olunmasıdır. Əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemləri öyrənmək və həlli istiqamətində müvafiq tədbirlər görmək, bununla əlaqədar müntəzəm olaraq görüş və qəbulların keçirilməsi kimi məsələlər daim Rafiq müəllim tərəfindən diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq keçirilən belə görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülür, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılır və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər həyata keçirilir. O cümlədən, cari ildə də Rafiq Quluyev tərəfindən artıq bir sıra belə görüşlər keçirilmişdir. Növbəti dəfə 26 avqust 2019-cu il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Qəbulda ümumilikdə 20 vətəndaş iştirak etmişdir. Sakinlər tərəfindən əsasən, sosial və kommunal məsələlərlə bağlı müraciətlər olunmuşdur. Vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, və onlara qaldırdıqları məsələ ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur.
Cari ilin ilk altı ayının yekunları belə deməyə əsas verir ki, Xətai rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması bundan sonra da uğurla davam etdiriləcək və bu rayon paytaxtımızın qabaqcıl rayonlarından biri kimi daim diqqət mərkəzində olacaq.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024