Mobil versiya
Agentlik sədri: Bütün gübrə satıcılarında pos-terminallar olmalıdır
Tarix: 28-08-2019 | Saat: 16:30
Bölmə:Gündəm | çapa göndər

Agentlik sədri:


Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) gübrə təchizatçıları - gübrə istehsalçıları və satıcıları ilə görüş keçirilib. Görüşə 50-dən çox mineral və orqanik gübrə təchizatçısı qatılıb.

Kənd Təsərrüfatı Nazirliyindən aia.az-a verilən məlumata görə, iştirakçılara Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş yeni subsidiya qaydaları və bu qaydaların icra mexanizmi barədə geniş təqdimat edilib.

AKİA sədri Mirzə Əliyev vurğulayıb: "Fermerlərin subsidiyadan istifadəsinin asanlaşdırılması, onlara verilən subsidiyanın təyinatı barədə hesabatlılığın təmin edilməsi üçün bütün təchizatçıların, o cümlədən gübrə təchizatçılarının şəffaf işləməsi vacibdir. Buna görə də, ilk növbədə, fermer kartı ilə ödənişlərin təmin edilməsi üçün bütün gübrə satıcılarında pos-terminallar olmalıdır. Bununla biz fermerlərin subsidiyadan istifadə ilə nağdsız alışlarını təmin edəcəyik".

Sədr əlavə edib ki, gübrə təchizatçıları kartla alış-verişi təmin etməklə yanaşı, satış şəbəkələrini də genişləndirməli və bütün növ gübrələri fermerlər üçün daha əlçatan etməlidirlər: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya nəticəsində subsidiyaların verilməsi asanlaşdığı, sənədləşdirmə işləri azaldığı kimi, gübrə satışı üçün də xüsusi sənədləşmələr lazım olmayacaq. Alış-verişin şəffaf - nağdsız aparılması kifayət edəcək".

Görüşdə Aqrar Kredit və İnkişaf Agentliyi ilə təchizatçılar arasında əlaqələrin qurulması və tənzimlənməsi, fermerlərin ehtiyac duyduqları gübrələrlə vaxtında təchiz olunması kimi məsələlər də müzakirə edilib. AKİA sədri təchizatçıları maraqlandıran sualları cavablandırıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024