Azərbaycanlı gizir mayor rütbəli həmyerlisini niyə vurdu? – TƏFƏRRÜATLAR
Tarix: 28-01-2016 | Saat: 16:11
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər
Onlar dost idilər.
Komi Respublikasında 31 saylı koloniyada faciəyə səbəb olan hadisənin təfərrüatları məlum olub. Hadisə zamanı gizir Ş.Əliyev avtomatdan atəş açaraq mayor X.Həsənovu öldürüb.
Aia.az Lifenews-a istinadən xəbər verir ki, münaqişəyə səbəb Əliyevin mənzil almaq üçün bir dəfəlik vəsaitin alması olub.
“Əliyev həyatda çox tamahkar adam idi. Yəqin ki, tamahkarlıq ona elə güc gəlib ki, o arvadına onu boşayıb, uşaqları atıb, pulları götürərək Azərbaycana gedəcəyini deyib”- mənbə bildirib.
Əliyevin qərarını dəstəkləməyən ailə dostu Həsənov onu fikrindən döndərməyə çalışıb. Mübahisə ucbatından onların əlaqəsi tamamən kəsilib.
Xatırladaq ki, hadisə Miqun şəhərinin 31 saylı koloniyasında baş verib.
Əldə olan məlumata əsasən, 35 yaşlı gizir Ş.Əliyev, 36 yaşlı mayor X.Həsənovu güllələyib.
Sonra isə intihara cəhd edib.
Rusiyanın İstintaq Komitəsinin Komi Respublikası üzrə İstintaq idarəsinin mətbuat xidmətindən iş üzrə RF Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açıldığını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024