Mobil versiya
AQTA əməkdaşları taxıl anbarlarını yoxlayıb
Tarix: 22-08-2019, 18:02 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

AQTA əməkdaşları taxıl anbarlarını yoxlayıb



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar monitorinqləri davam etdirir. Agentlik əməkdaşları tərəfindən növbəti monitorinqlər Gəncədə dənli bitkilərin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin anbarlarında aparılıb.

AQTA-dan aia.az -a verilən məlumata görə, sahələrdən toplanılan məhsulların zərərvericilərdən qorunması məqsədi ilə həyata keçirilən monitorinqlər zamanı “Gəncə Dəyirman” MMC tərəfindən idxal olunan buğda məhsulunda "düyü uzunburunu" (sitophilus oruzae L.) və "sürünən kükrə" (acroptilon repens L.) zərərvericiləri aşkarlanıb.

Qabaqlayıcı tədbirlərin görülməsi üçün dərhal bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə məlumat verilib. Zərərvericilərin sirayətlənmə dərəcəsi müəyyən edildikdən sonra 276 ton buğda məhsulunda fumiqasiya tədbirləri həyata keçirilib, 483 ton məhsul isə alaq otları toxumundan mexaniki üsullarla seçilərək təmizlənib.


aia.az



594 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031