Mobil versiya
“Relaks”ın 30 minlik işıq pulu borcu üzə çıxdı
Tarix: 21-08-2019 | Saat: 11:54
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Relaks”ın 30 minlik işıq pulu borcu üzə çıxdı


Bir neçə gün öncə “Relaks” istirahət mərkəzində baş verən insidentdən sonra mərkəzlə bağlı yeni məlumatlar yayılır.

AİA.Az “Publika.az”a istinadən məlumatına görə, “Relaks”ın “Azərenerji”yə 30 min manat məbləğində borcu olub. İndiyədək istirahət mərkəzinin məsul şəxsləri “Azərenerji”nin əməkdaşlarına sayğaca baxış keçirməyə icazə verməyib.

Qeyd edək ki, “Relaks”istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər həbs edilib və faktla bağlı inayət işi açılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024