Mobil versiya
Maestro Niyazinin xatirəsi yad olunacaq
Tarix: 19-08-2019 | Saat: 16:10
Bölmə:Gündəm | çapa göndər

Maestro Niyazinin xatirəsi yad olunacaq


Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin anadan olmasının 107-ci ildönümü münasibətilə tədbir keçiriləcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, maestronun adını daşıyan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov bildirib ki, tədbir çərçivəsində müxtəlif çıxışlar, xatirələr, muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, vaxtı ilə dirijoru olduğu konsertlərdən video-fraqmentlər nümayiş olunacaq.

Həmçinin, həmin gün Niyazinin Fəxri xiyabandakı məzarı ziyarət ediləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024