Mobil versiya
Ordumuzda olan İsrail istehsallı PUA nümayiş olundu - Düşmənin onu vurması qeyri-mümkündür
Tarix: 14-08-2019 | Saat: 14:39
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ordumuzda olan İsrail istehsallı PUA nümayiş olundu -


Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi sərgidə "Harop" adlanan pilotsuz uçuş aparatlarının (PUA) buraxıcı qurğusu nümayiş etdirilib.

Trend-in məlumatına görə, "Maz" markalı zirehli avtomobildə yerləşdirilən qurğu 12 ədəd pilotsuz uçuş aparatını daşıya və havaya buraxa bilir. Qurğu yerləşdirildiyi avtomobildə 45 dərəcə bucaq altında hərəkət edir. Qurğuda İsrail istehsalı olan pilotsuz uçuş aparatı yerləşdirilə bilir. Qurğu döyüşə hazır vəziyyətə gətirilərkən 9 dəqiqə ərzində öz-özünü test edir və döyüşə hazır olub-olmaması barədə komanda verir. Özünütest zamanı hansısa bir aparat və ya cihazda nasazlıq aşkarlanacağı təqdirdə qurğu avtomatik bloklanır.

Maşında yerləşdirilən PUA 200 kilometr məsafədən idarə olunur. PUA hədəfi izləyir, yerini müəyyən edir və komanda vasitəsilə hücuma keçir. PUA hədəfi 100 faiz vurmağa qadirdir. Aparat 16 min metr hündürlükdə uçduğundan düşmənin onu görməsi, müəyyən edib vurması qeyri-mümkündür.

Qeyd edək ki, "Harop" 2016-cı ilin aprel döyüşlərində istifadə olunub və 100 faiz nailiyyət əldə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024