Mobil versiya
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
Tarix: 14-08-2019 | Saat: 10:55
Bölmə:Ölkə | çapa göndər

Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb


Bu gün səhər saatlarından etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Qurban bayramı ilə əlaqədar bütün ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlayıb.

Bu barədə aia.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, dünən axşam çadır tipli kəsim məntəqələri sökülüb, ərazi icra hakimiyyətlərinin müvafiq qurumları tərəfindən tullantılardan təmizlənib:

“Ərazilər təmizlənəndən sonra bizə təhvil verilib və artıq bu gün səhər saatlarından AXA-nın texnikası dezinfeksiya işlərinə cəlb olunub. Hazırda Xətai rayonunda yerləşən ət kəsim məntəqələrində dezinfeskiya işləri aparılır. Növbəli şəkildə bu günün sonuna qədər bütün ərazilərdə dezinfeksiya işləri yekunlaşacaq. Bu işlər ödənişsiz həyata keçirilir”.

Qeyd edək ki, Qurban bayramı günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına verilmişdi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024