Mobil versiya
Türkiyə Prezidentinin Azərbaycana səfərinin VAXTI bilindi
Tarix: 09-08-2019 | Saat: 10:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

Türkiyə Prezidentinin Azərbaycana səfərinin


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək.

Bu barədə özəl olaraq Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, türkiyəli lider Türk Şurasının Bakıda keçiriləcək VII iclasında iştirak etmək üçün, eləcə də qurumun 10 illiyinə həsr olunmuş tədbirə qatılmaq üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024