Mobil versiya
Maşını sənədsiz idarə edən sürücü məsuliyyətə cəlb olunur? - Yol polisindən cavab
Tarix: 08-08-2019 | Saat: 17:37
Bölmə:Manşet / Gündəm | çapa göndər

Maşını sənədsiz idarə edən sürücü məsuliyyətə cəlb olunur? -


Avtomobil idarə etdiyiniz yerdə Yol Patrul Xidmətinin əməkdaşı sizə “dayanmaq” göstərişi verir. Siz isə avtomobilinizi kənara çəkib saxlayırsınız. Polis sizə yaxınlaşır, özünü təqdim edir və sənədləri tələb edir. Sənədlər isə üstünüzdə deyil. Bu zaman yol polisi adınızı, soyadınızı əlindəki aparata daxil edir və adınızın sistemdə olduğunu görür.

Əgər yol hərəkəti qaydasını pozmamısınızsa, sənədlər qaydasındadırsa, polis sizi cərimə etmədən “yaxşı yol” deyib yola salır.

Belə bir məqamda isə sual yaranır ki, sürücü avtomobilin sənədlərini üzərində gəzdirmirsə, buna görə o, məsuliyyətə cəlb oluna bilərmi? Qanunlara istinad edərək məsələyə aydınlıq gətirməyə çalışaq.

“Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinə aid olan sənədləri – texniki pasportu, buraxılış sənədini (varsa), etibarnaməni (varsa) və sürücülük vəsiqəsini üzərində saxlamalıdır.

Qanuna görə, yol polisi hər hansı bir sürücünü saxladıqda özünü aydın şəkildə təqdim edib, qayda pozuntusunu aydın şəkildə izah etməlidir. Ancaq bundan sonra sürücü bu sənədləri Yo Patrul Xidməti əməkdaşına təqdim etməlidir.

Lakin məsələ burasındadır ki, sürücünün sənədləri üzərində gəzdirməməsi və buna görə yol polisinə təqdim edə bilməməsi inzibati məsuliyyət yaratmır.

İnzibati Xətalar Məcəlləsində belə vəziyyətlə bağlı hər hansı cərimə nəzərdə tutulmayıb.

“Yol Patrul Xidməti haqqında” təlimatın 9-cu maddəsində isə yazılıb ki, nəqliyyat vasitəsini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılmış (həmin müddətdə), sürücülük vəsiqəsinin etibarlılıq müddəti keçmiş, nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyası (altkateqoriyası) olmayan şəxslər sürücülük hüququ olmayan şəxs qismində məsuliyyətə cəlb olunur.

Təlimatda göstərilib ki, bununla belə, sürücülük vəsiqəsinin təqdim edilməməsi şəxsin sürücülük hüququ olmayan şəxs qismində məsuliyyətə cəlb olunmasına əsas vermir.

Hər hansı bir anlaşılmazlığın yarana biləcəyini ehtimal edərək Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyevə müraciət etdik.

K.Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, sürücüdən sənədlərin tələb edilməsi məsələsi qanunvericiliklə tənzimlənir.

Şöbə rəisi qeyd edib ki, sürücünün sənədləri üzərində deyilsə, bu zaman o, heç bir məsuliyyətə cəlb oluna bilməz.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024