Mobil versiya
Azərbaycanda qurbanlıq üçün onlayn qoyun satılır
Tarix: 8-08-2019, 15:54 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda qurbanlıq üçün onlayn qoyun satılır


Qurban bayramı ilə əlaqədar qoyunları öncədən sifariş etmək mümkündür.

Bunun üçün istənilən şəxs "Kənddən Şəhərə” yarmarkasının rəsmisaytına daxil olaraq, qeydiyyatdan keçə və istədiyi qoyunu sifariş edə bilər.
12-13 avqust tarixində təşkil olunan yarmarkalarda qoyunlar çəkisindən asılı olaraq 160, 170, 180 AZN dəyərində təklif olunur.

Qurbanlıq qoyunları əldə etmək üçün qeyd etdiyiniz tarix və saat intervalında seçilmiş məntəqədə olmaq tələb olunur. Satış məntəqəsinə gəldiyiniz zaman səlahiyyətli şəxsə yaxınlaşmalı və SMS vasitəsilə əldə etdiyiniz kodu təqdim etməlisiniz.

Onlayn sifarişlər yalnız Bakı, Abşeron və Sumqayıt ərazilərindəki yarmarkalar üçün qəbul olunur. Sifarişlərin verilməsi üçün son tarix 9 avqust saat 23:59-dur.

Ümumilikdə "Kənddən Şəhərə” satış yarmarkasına 20 minə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək.


aia.az



562 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031