Ağsu sakini: “Zəlzələ evimizi qəzalı vəziyyətə salıb”
Tarix: 08-08-2019 | Saat: 11:57
Bölmə:Ölkə | çapa göndər
Ağsu rayon sakini Sevinc Abbasova redaksiyamız müraciət edib. Şikayətçi qeyd edib ki, ilin əvvəlində, Ağsuda baş vermiş məlum zəlzələdən sonra onlara məxsus Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 29 ünvanında yerləşən mənzilləri yarasız vəziyyətə düşüb.
Bununla bağlı aidiyyəti qurumlar dəfələrlə gəlib araşdırma və qeydiyyat işləri aparsa da, vəziyyət dəyişilməz olaraq qalır:"Məlum zəlzələdən sonra digər sakinlər kimi bizim də mənzilimiz bərbad vəziyyətə düşüb. Evin divarlarında aralanma, tavanda çatlar var. Mənzilimiz təhlükəli vəziyyətdədir. Bununla bağlı olaraq bir neçə dəfə aidiyyəti qurumlara rəsmi müraciət etmişik. Dəfələrlə mənzilimizə gələrək vəziyyətlə yaxından tanış olublar, həm şifahi, həm də rəsmi olaraq bildirilib ki, zəlzələdən zərər çəkdiyi üçün mənzilimizin təmiri üçün müvafiq rəy verilib. Lakin çox təəssüf ki, bu günə qədər çıxarılan qərarlar yerinə yetirilmir. Aidiyyəti qurumlardan xahiş edirəm, bu məsələnin həlli ilə bağlı bizə köməklik göstərsinlər”.(musavat)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024